Xarratlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. Zəngibasar rayonu təşkil edilənə qədər (14 yanvar 1969) Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.261.

Toponimi Toponim sənət bildirən xaratlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arevabuyr qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Xaratlu kimidir. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur (11, 164). 1926-cı ildə ermənilər yerləşmişlər. 1978-ci ildə kənd ermənicə Arevablur adlandırılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Haratlıdır. Əsli Heratlı. Əfqanıstandan türk tayfalarının hərəkəti ilə Herat əyalətinin adı gətirilmədir.

Əhalisi Kənddə 1831-ci ildə 183 nəfər, 1873-cü ildə 303 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 373 nəfər, 1914-cü ildə 571 nəfər, 1916-cı ildə 192 nəfər,erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.48–49, 128–129, 1918-ci ildə 496 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.216, 1919-cu ildə 160 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.128–129 yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin payızında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdurИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.216, 222. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 61 nəfər azərbaycanlı, 1926-cı ildə 102 nəfər azərbaycanlı, 62 erməni, 1931-ci ildə 136 nəfər azərbaycanlı, 59 erməni yaşamışdır. 1986-cı ildə çap edilmiş "Ermənistan və ətraf vilayətlərinin toponimlər lüğəti"ndə azərbaycanlılar erməni kimi təqdim edilir və burada guya 1930-cu ilə kimi yalnız ermənilər yaşamışdırHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.423. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–49-cu illərdə azərbaycanlılar zorla tarixi torpaqlarından deportasiya edilib Azərbaycana köçürülmüş və xaricdən (İran, Türkiyə, Livan) köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Zəngibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri