Aleksey Saprıkin (tam adı: Aleksey Saprıki; ) — Rus Dram Teatrının aktyoru. Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı və fəaliyyəti Aleksey Saprıkin 1955-ci ildə Bakıda anadan olub. 134 saylı məktəbi bitirib. 1991-ci ildən Bakı Kamera Teatrında, 2002–2008-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb.

1992-ci ildə Aleksey Saprıkin könüllü olaraq cəbhəyə yollanmış, operativ kəşfiyyat bölümündə baş leytenant hərbi dərəcəsi almış, 1996-cı ildə ehtiyata buraxılmış, 1997–2000-ci illərdə isə Azərbaycan Dövlət Texniki Universitetinin "Hərbi kafedrası"nda müəllim vəzifəsində çalışmışdır.

2008-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru idi.

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının oynadığı son tamaşaları arasında "Sənətkarın taleyi", "Payız sonatası", "Və yağış yağır və içini tökür", "Meme", "Peterburq işçisi", "Qürur və qərəz" tamaşaları var.

Saprıkin həmçinin "Cavad xan", "Biz qayıdacağıq", "Qafqaz", "Cavidin həyatı", "Qraf Krestovski " və digər filmlərdə rol alıb.

Ölümü Şəkər xəstəliyindən əziyyət çəkən aktyor 2019-cu il 8 oktyabr tarixində Bakıda vəfat edib.

Filmoqrafiya Küçələrə su səpmişəm (film, 2004) Ərazi (film, 2005) Yoxlama (film, 2006) Biz qayıdacağıq (film, 2007) Cavid ömrü (film, 2007) Müəmmalı yubiley (film, 2007) Cavad xan (film, 2009) Sahə (film, 2010)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində kəşfiyyatçılar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları