Manqışlaq körfəzi — Xəzər dənizinin şimal-şərqində Mangistau yarımadası ilə Bozaşi yarımadası arasında yerləşir. Körfəz daxili hissələrdə elə də böyük olmayan Sarıtaş və Koçak körfəzlərinə bölünür. Körfəzin qərbində Tülen adaları yerləşir.
Körfəzin ölçüləri: uzunluğu — 100 km yaxın, eni 70 km. Dərinliyi 10-12 metrdir. Cənub sahilləri hündür və sıldırımlıdır, şərqi isə nisbətən alçaqdır. Adətən qış vaxtı suyu donur.
Mənbə Manqışlaq körfəzi
Kateqoriya:Qazaxıstan körfəzləri Kateqoriya:Xəzər dənizi körfəzləri