Lukin Mixail Fyodoroviç (; ) - sovet hərbi xadimi, Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra), general-leytenant (6 iyun 1940)
Tərcümeyi-halı Mixail Fyodoroviç Lukin 6( noyabr 1892-ci ildə Tver vilayətinin indiki Zubtsov rayonunun Poluxtino kəndində kəndli ailəsində anadan olmuşdur. Rusdur. 1913-cü ildən Rusiya ordusunda xidmətdə olmuş, Birinci Dünya müharibəsində iştirak etmişdir. 1916-cı ildə hərbi məktəbi bitirmiş, sonralar poruçik rütbəsində Barklay de Tolli adına Nesvij polkunun 4-cü rotasının komandiri olmuşdur.
Lukin 1917-ci ildə Qırmızı Qvardiyaya daxil olmuş, 1918-ci ildən Oızıl Ordu sıralarında olmuşdur. 1918-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Səhra Qərargahı yanında kəşfiyyatçılar kursunu bitirmişdir. 1919-cu ildə Ümumrüsiya Kommunist (bolşeviklər) Partiyasının tərkibinə daxil olmuşdur. Vətəndaş müharibəsi dövründə Mixail Lukin diviziya qərargah rəisinin köməkçisi, polk və briqada komandiri, diviziya qərargah rəisi olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə iki Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
1926-cı ildə M.V.Frunze adına Hərbi Akademiya yanında komandir heyətinin təkmilləşdirilməsi kursunu bitirmişdir.
1929-cu ildən 1935-ci ilədək M.F.Lukin Lenin ordenli Xarkov atıcı diviziyasının komandiri olmuş, 21 noyabr 1935-ci ildə diviziya komandiri rütbəsinə layiq görülmüşdür..
1935-1937-ci illərdə Moskvanın hərbi komendantı olmuşdur. 1937-ci ilin dekabr ayından Sibir Hərbi Dairə qoşunlarının rəis müavini, sonralar qərargah rəisi, 1939-cu ilin dekabr ayından dairə komandanının müavini olmuşdur. Böyük Vətən Müharibəsi 1941-ci ilin yazında Lukin 16-cı ordunun formalaşdırılmasına başçılıq etmişdir. 1941-ci ildə ordusu ilə birlikdə Ukraynanın Şepetovka şəhərinə göndərilmişdir. Təltifləri Birinci Dünya müharibəsi dövründə igidliyinə görə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni 4-cü dərəcəli Müqəddəs ordeni 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni Qızıl Ordu sıralarında xidmətə görə Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra) Lenin ordeni (1946) 5 Qırmızı Bayraq ordeni ilə (1921, 1925, 1941, 1946, 1947) Qırmızı Əmək Bayrağı ordeni (1932) Qırmızı Ulduz ordeni (1967) medallar
Mənbə Коллектив авторов. Великая Отечественная. Командармы. Военный биографический словарь / Под общей ред. М. Г. Вожакина. — М.; Жуковский: Кучково поле, 2005 Официальный сайт Администрации города-героя Смоленска Протокол допроса военнопленного генерал-лейтенанта Красной Армии М. Ф. Лукина 14 декабря 1941 г. // по кн.: Хрестоматии по отечественной истории (1914—1945 гг) под редакцией А. Ф. Киселева, Э. М. Шагина. М. 1996
Ədəbiyyat Лукин, Михаил Фёдорович, in: Советская военная энциклопедия, Bd.5, Москва 1978. (Online-Version) Протокол допроса военнопленного генерал-лейтенанта Красной Армии М. Ф. Лукина, 14 декабря 1941 года - Новый часовой, in: Русский военно-исторический журнал (1994), No.2, S.173-175. Xarici keçid http://www.warheroes.ru/hero/hero.asp?Hero_id=3489 Лукин, Михаил Фёдорович. Сайт «Герои Страны». http://rkka.ru/handbook/personal/2398.htm. ПРИКАЗ НАРОДНОГО КОМИССАРА ОБОРОНЫ СОЮЗА ССР ПО ЛИЧНОМУ СОСТАВУ АРМИИ № 2398 https://ru.wikipedia.org/wiki Награждённые медалью «За победу над Германией в Великой Отечественной войне 1941—1945 гг.»
İstinad
Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Nasist həbs düşərgələri məhbusları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)