Frederik Jolio-Küri(; ) — fransız fizik, Nobel mükafatı laureatı.
Həyatı Frederik Jolio- Küri 1900- cü il martın 19-u Parisdə tacir ailəsində dünyaya göz açıb. Atası Henri Jolio, anası isə Emili Roderer idi.
O Paris kimya və fizika məktəbinin məzunu olmuşdur.1925-ci ildə Radium İnstitununda İren Jolio-Küri ilə birlikdə Mariya Kürinin laborantı olmuştur.1926-cı ildə İren Jolio-Küri ilə evlənmişdir. Məhz evliliklərindən sonra ikisi də soyadlarını Jolio-Küri olaraq dəyişdirmişlər. 1930-cu ildə radioaktiv elementlərin elektrokimyası sahəsində doktorluq dərəcəsi almışdır.1940-cı ildə İkinci Dünya müharibəsi zamanı Fransa savaşında Jolio öz elmi işlərinin sənədlərini Hans von Halban və Lev Kovarski ilə birlikdə İngiltərəyə qaçırmağa müvəffəq olmuşdur. Fransa Müqavimət Hərəkatı zamanı milli cəbhəyə üzv olmuşdur.
Elmi fəaliyyəti Frederik Jolio- Küri həyat yoldaşı ilə birlikdə süni radioaktivliyi kəşf etmişlər.
Jolio-Küri ailəsi Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər. Bu kəşfə görə onlar 1935-ci ildə Nobel mükafatı almışlar.
İkinci Dünya müharibəsidən sonra Fransa Milli Elmi Araşdırma Mərkəzində işə başlamışdır. 1948-ci ildə Fransa atom reaktorunun yaradılmasında iştirak etmişdir. 1950-ci ildə siyasi səbəblərdən- kommunist olduğundan bu vəzifə əlindən alınmışdır. 1951-ci ildə Leni sülh ordeni ilə təltif olunmuşdur.
Ölümü Frederik Jolio- Küri 1958- ci il avqustun 19 Parisdə vəfat etmişdir.
Həmçinin bax Nobel mükafatı İren Jolio-Küri Mariya Küri
İstinadlar
Kateqoriya:Fransalı Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Fransa sosialistləri Kateqoriya:Marksistlər Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:De Frans Kollecinin müəllimləri Kateqoriya:Fransa aktivistləri Kateqoriya:Fransa fizikləri Kateqoriya:Fransa nüvə fizikləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri