İrkutsk () — Rusiyada şəhər, İrkutsk vilayətinin inzibati mərkəzi. Sibirin ən böyük şəhərlərindən biridir. Moskvaya dəmiryolundan 5185 km məsafədədir. 2002-ci il siyahıya almasına əsasən İrkutsk şəhərinin əhalisinin sayı 593.604 nəfərdir.

Tarixi Ostroq 300px|thumb|Ostroq Şəhər öz tarixinin əsasını İrkutsk kremli olan Ostroqdan götürür. Bu tikili Yenisey qubernatoru olan Poxabov Yakobun 6 iyul 1661-ci il tarixli göstərişi ilə tikilib. İrkut çayının Anqara çayına töküldüyü sahili kənd təsərrüfatı və maldarlıq üçün münbit olduğu aşkar olundu. Çay Yeniseylə Baykal arasında əlaqəni təmin edirdi. Ostroqun təməlinin qoyulduğu gün Poxabov məruzə edir: "Bura ən yaxşı yerdir, əkinçilik, maldarlıq, balıqçılıq — hər şey yaxındadır; və həmçinin Ostroq üçün başqa yer də yoxdur — ərazilər çöllükdür."

İrkutsk şəhərinin əsasının qoyulması tarixi və yeri naməlum qalmaqdadır:versiyalardan birində deyilir ki, İrkut çayının mənsəbində 1652-ci ildə ruslar tərəfindən qurulmuş qışlaq var idi.

Qardaş şəhərlər 20px Şanxay, Çin Xalq Respublikası 20px Kanazawa, Yaponiya 20px Eugene, Oregon, ABŞ 20px Ulan Bator, Monqolustan

Qalereya

İstinadlar

Xarici keçidlər

Rəsmi vebsaytı Flickr Irkutsk Fotoları Irkutskun Modern Fotoları Kyzyl Baikal Club (İngilis dilində) Məqalələr…

Kateqoriya:Rusiya şəhərləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri