"Ada" () — rejissor Pavel Lunginin filmi.

Məzmun

Böyük Vətən müharibəsi zamanı – 1942-ci ildə Şimal ərazisində alman gəmisi Sovet barjasını ələ keçirirlər. Gəminin göyərtəsində şkiper Tixon və bir ocaqçı tapılır. Onlar küncdə gizlənməyə çalışsalar da, alman dənizçiləri ocaqçının yerini aşkar edirlər. Fiziki güc tətbiq edəndən və alman dilində "Kapitan hanı?" sualını verəndən sonra ocaqçı Tixonun yerini bildirir. Almanlar onların hər ikisini güllələməyə hazırlaşırlar. Ocaqçı sağ qalması üçün hönkürüb yalvarmağa başlayır. Tixon isə sakitcə dayanır və hətta açıq-aşkar bir siqaret yandırır. Vəziyyəti belə görən alman zabiti ocaqçıya təklif edir ki, yoldaşına atəş açsın və öz həyatını xilas etsin. Ocaqçı isterik hal göstərsə də, sonda Tixona atəş açır. Almanlar ocaqçını sağ saxlayıb barjanı tərk edirlər. Ocaqçı minalanmış gəmidə tək qalır və tezliklə partlayış baş verir.

Rahiblər sahilə halsız, yarımcan bir insan çıxarırlar.

Hadisələr 1976-cı ili əks etdirir. Ocaqçı xeyli qocalıb. O, rahibliyi qəbul edib və indi Anatoli adını daşıyır. Onun əsas vəzifəsi monastırda ocaq qalamaqdır. Anatoli qazanxanada yaşayır və elə orada da küncdə yatır. Onda gələcəyi görmə və duaların köməyilə şəfa vermək qabiliyyəti olduğu üçün hər kəs yanına öz dərdi, xəstəliyi ilə təşrif gətirir. Lakin bəzi rahiblər Anatoli atanın qəribəliklərini: onun hamıdan ayrıca dua etməyini, işə gecikməyini, heç nədən ucadan mahnı oxumağını anlamırlar. Ondakı vergiyə görə Anatoli atanın paxıllığını çəkən rahiblərdən biri də İov ata idi. Monastırın başçısı Filaret ata, İov atanın şikayətlərinə cavab olaraq, Anatoli ata ilə münasibətləri yoluna qoymağa çalışır. Lakin itaətkar və tövbə edən olmasına baxmayaraq, nə vaxtsa törətdiyi cinayət rahibə rahatlıq vermir. O, tez-tez öz qayığına oturur və xəlvət adaya üzür. Orada qətiyyətlə dua edir və etidiyi günahlara görə bağışlanmağını diləyir.

Bir dəfə monastıra azara mübtəla olmuş qızı ilə birlikdə bir tanınmış admiral gəlir. Rahib qızı adaya aparır və duaların köməyilə iblisi onun canından çıxarır. Sən demə, bu admiral Anatolinin atəş açdığı həmin Tixondur. Söhbət zamanı məlum olur ki, Anatoli onu öldürməyib, sadəcə əlindən yaralayıb. Beləliklə, Tixon ölümdən qurtula bilib. Tixon Anatoliyə onu çoxdan bağışladığını deyir.

Artıq Anatoli bilir ki, rahat ölə bilər. Anatoli ata İov atadan ona tabut gətirməyi xahiş edir. İov ata həmin xahişi yerinə yetirsə də, bunun kimin üçün nəzərdə tutulduğunu bilmir. Anatoli ata belə dəbdəbəli "qutuya" görə İov atanı yüngülcə danlayır. Qoca rahib tabutun içinə uzanır və İov atadan xahiş edir ki, bütün rahib qardaşlara onun ölüm xəbərini çatdırsın. İov ata böyük zəngə doğru qaçır və rahibin ölümünə işarə kimi onu çalmağa başlayır.

Rahiblər tabutu həmin adaya aparırlar.

Filmin heyəti

right|200px|thumb|Zəng

Film üzərində işləyənlər

Ssenari müəllifi : Dmitri Sobolyev Quruluşçu rejissor : Pavel Lungin Quruluşçu operator : Andrey Jeqalov Quruluşçu rəssamlar : İqor Kosarev, Aleksandr Tolkaçyov Bəstəkar : Vladimir Martınov Prodüserlər : Sergey Şumakov, Pavel Lungin Geyim rəssamı : Yekaterina Dıminskaya Qrim rəssamı : Valeriya Nikulina Səs rejissorları : Stefan Albine, Vladimir Litrovnik Montaj rejissoru : Albina Antipenko İkinci rejissor : Nataliya Lyaşşenko İkinci operator : Yuri Nikolayev Stedikam operatorları : Sergey Şuls, Sergey Popkov Aktyor seçimi : Tatyana Maksakova Trüklərin quruluşçusu : Aleksey Silkin Kaskadyorlar : Sergey Nefedov, Fyodor Starıx, Andrey Kudelski, Aleksey Silkin Dirijor : Sergey Skripka Filmin direktoru : Vadim Koryuzlov

Rollarda right|200px|thumb|Barja Aktyor Rol Pyotr Mamonov Anatoli ata Viktor Suxorukov Filaret ata Dmitri Düjev İov ata Yuri Kuznesov Tixon Viktoriya İsakova Nastya Nina Usatova dul qadın Yana Yesipoviç qız Olqa Demidova uşaqlı qadın Timofey Tribunsev gənc Anatoli Aleksey Zelenski gənc Tixon Qrişa Stepunov uşaq Sergey Burunov yavər

Mükafatlar və nominasiyalar

Mükafatlar

2006-cı ilin "Moskva premyerası" kinofestivalı

Ən yaxşı film

2007-ci ilin "Qızıl Qartal" mükafatı

İlin ən yaxşı filmi Ən yaxşı ikinci plan kişi roluna görə – Viktor Suxorukov Ən yaxşı kişi roluna görə – Pyotr Mamonov Ən yaxşı rejissor işinə görə – Pavel Lungin Ən yaxşı ssenariyə görə – Dmitri Sobolyev Ən yaxşı operator işinə görə – Andrey Jeqalov (ölümündən sonra)

2007-ci ilin Nika mükafatı

İlin ən yaxşı filmi Ən yaxşı ikinci plan kişi roluna görə – Viktor Suxorukov Ən yaxşı kişi roluna görə – Pyotr Mamonov Ən yaxşı rejissor işinə görə – Pavel Lungin Ən yaxşı operator işinə görə – Andrey Jeqalov (ölümündən sonra) Ən yaxşı səs rejissoru işinə görə – Stefan Albine, Vladimir Litrovnik, Stepan Boqdanov

Həmçinin bax Rusiya filmlərinin siyahısı

İstinadlar

Xarici keçidlər ostrov-film.ru Rəsmi sayt "Ada" — süjet və iki fikir: müsbət və mənfi Кошк М., Деболд Э. Оживляя русскую душу // Журнал «Что такое просветление?» — № 38, октябрь—декабрь 2007. "Ada" filminin çəkiliş məkanları (18 şəkil)

Kateqoriya:Rusiya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Almanca filmlər Kateqoriya:Pavel Lunginin filmləri Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:Rusiyanın dram filmləri Kateqoriya:SSRİ haqqında filmlər Kateqoriya:Xristianlıq haqqında filmlər Kateqoriya:Qızıl Qartal mükafatını qazanan filmlər Kateqoriya:Katolik keşişlər haqqında filmlər Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:Adalar haqqında filmlər Kateqoriya:Rusiyada çəkilən filmlər Kateqoriya:Rusiya haqqında filmlər