Vilnüs Universiteti () — Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən ali təhsil müəssisəsi. Şərqi və Orta Avropanın ən məşhur və qədim ali təhsil müəssisələrindən biridir.Vilnus Üniversitesi . litvanyadaegitim.com

Tarixi Vilnüs Universitetinin əsası 1579-cu ildə qoyulmuşdur.Tarix . azlit.info Onun təməlinin qoyulması yüksək siyasi əhəmiyyət daşıyaraq XVI əsrdə Litva Böyük Hersoqluğunun mədəni həyatında ən əhəmiyyətli hadisə idi. Vilnüs Universiteti nəinki təkcə Litva Böyük Hersoqluğunda deyil, həmçinin bütün Şərqi Avropada ilk ali təhsil məktəbi idi. Bu universitet təhsilin və elmin nəinki Litvada, həmçinin Belarusda və Ukraynada yayılmasında böyük rol oynamışdır.Mədəniyyət . azlit.info

FakültələriVilnüs Universiteti (Vilniaus Universitetas). edu.info.az Hüquq fakültəsi; Tibb fakültəsi; İqtisadiyyat fakültəsi; Sosial elmlər fakültəsi; Kompüter elmləri fakültəsi; Xarici dillər fakültəsi; Psixologiya fakültəsi; Fəlsəfə fakültəsi; Tətbiqi riyaziyyat fakültəsi; Fizika fakültəsi; Biologiya fakültəsi; Kimya fakültəsi.

Rəsədxanası Vilnüs Universitetinin rəsədxanası 1962-ci ildən fəaliyyət göstərir.Vilnüs . azlit.info Bu rəsədxana Litvada və Baltikyanı ölkələrdə astronomiya və təbiət elmləri üzrə yeganə ixtisaslaşdırılmış informasiya mərkəzidir.

Xarici əlaqələri Utrext ŞəbəkəsininWho are the members . utrecht-network.org və Koimbra qrupunun üzvüdür.

Şəkilləri

Həmçinin bax

İstinadlar

Biblioqrafiya Studia z dziejów Uniwersytetu Wileńskiego 1579–1979, K. Mrozowska, Kraków 1979 Uniwersytet Wileński 1579–1979, M. Kosman, Wrocław 1981 Vilniaus Universiteto istorija 1579–1803, Mokslas, Vilnius, 1976, 316 p. Vilniaus Universiteto istorija 1803–1940, Mokslas, Vilnius, 1977, 341 p. Vilniaus Universiteto istorija 1940–1979, Mokslas, Vilnius, 1979, 431 p.

Xarici keçidlər

Universitas Vilnensis 1579-2004, well written and illustrated book (92 pages) History of Vilnius University by Tomas Venclova Vilniaus universitetas (reprezentacinis leidinys) Uniwersytet Wileński 1579-2004 Vilnius University Students' Representation The official website for tourism in Lithuania

Kateqoriya:Litva universitetləri Kateqoriya:1579-cu ildə yarananlar Kateqoriya:Vilnüsdə təhsil Kateqoriya:Koimbra qrupu Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar