Elman Aslan oğlu Xudazarov (3 dekabr 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyası Komi Respublikası Baş Nazirinin müavini. İqtisadi elmlər namizədidir.
Həyatı Elman Xudazarov 3 dekabr 1959-cu ildə Bakı şəhərində anadan olub. Kiyev Politexnik İnstitutunu "elektroakustika və ultrasəs texnikası" ixtisası üzrə bitirib. 1982-ci ildən - SSRİ Hərbi Dəniz üvvələrində zabit 1985-ci ildən - "İttifaqneftavtomatika" birliyinin Uxta idarəsində çilingər-quraşdırıcı, mühəndis-sazlayıcı 1987-ci ildən - "Usinskneft" NQÇİ-nin böyük mühəndisi 1988-ci ildən - "Arxanqelskneft"NQÇi-nin kommersiya məsələləri üzrə təis müavini 1993-cü ildən -"Usinsərzitəchizat" idarəsinin kommersiya direktoru 1994-cü ildən - "Korporasiya İFK" investisiya-maliyyə şirkətinin Usinsk filialının direktoru 1998-ci ildən - "Korporasiya İFK" idarə rəisi 1999-cu ildən - Rusiya Federasiyası Hökumət ianında Federal Borc Mərkəzi Komi Rsepublikası üzrə bölməsinin rəis müavini 2002-ci ildən - Rusiya Federal Əmlak Fondu Komi Respublikası üzrə idarəsində şöbə müdiri 2003-cü ildən - Rusiya Federal Əmlak Fondu Komi Respublikası üzrə idarəsində əmlak satış şöbəsinin müdiri. 2007-ci года - "Belkomur" ASC baş direktoru.
Komi Respublikası Başçısının 19 sentyabr 2014-cü il sərəncamı ilə Komi Respublikası Baş Nazirinin müavini təyin edilibhttp://gov.rkomi.ru/left/about/zampred/hudazarov/.
Mükafatları "P.P. Melnikov" medalı (2009-cu il) "Su və quru yolları idarəsinin 200 illiyi" yubiley medalı (2009-cu il) Komi Respublikasının Fəxri Fərmanı (2010-cu il) "Komi Respublikasının 90 illiyi" fəxri nişanı (2011-ci il)
İstinadlar
Xarici keçidlər Elman Xudazarovun tərcümeyi-halı
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Rusiya azərbaycanlıları