() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Təsviri Talış quru qurbağalarının uzunluğu 120 mm-ə qədər olur. Baş hissəsi nisbətən uzun və ensizdir. Sifətin uc hissəsi girdəşəkilli olub, burun dəlikləri yaxşı inkişaf etmişdir. Təbil pərdəsi aydın görünür və dəyirmi formada olur. Üzərləri hamar olub, tikancıqları olmayan ziyillərlə örtülüdür. Bel hissəsi açıq qəhvəyi rəngdədir. Qarın hissəsi boz rəngli olur. Üzəri tünd qəhvəyi ləkələrə malikdir. Cavan fərdlərdə bədənin yan hissəsində narıncı ləkələr mövcuddur.

Yayıldığı ərazilər Bu növə İranın Gilan və Mazandaran əyalətində belə rast gəlinir. Azərbaycanda isə Lənkəran, Lerik və Astara rayonları ərazisində yayılmışdır.

Həyat tərzi Əsasən meşə sahələrində rast gəlinir. Onlara düzənliklərdən 1200 metr yüksəkliklərə qədər rast gəlmək olar. Hirkan meşəsində, kolluqlarda bağlarda, çəmənlərdə və bostanlarda, çay plantasiyalarında yaşayır. Yaşayış məntəqələrindən uzaqda yaşamağa üstünlük verirlər. Köçərilik xüsusiyyəti yoxdur. Əsasən gün batdıqdan sonra faəllaşırlar. Tutqun havalarda isə gundz vaxtları belə rast gəlinir. Zərqanadlılar və digər böçəklərlə qidalanırlar. Düşmənləri əsasən ilanlardır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Həssas növlər