Alive () — Avstraliya müğənnisi və mahnı müəllifi Sianın This Is Acting albomundan olan baş sinqldır. Mahnı Sia, Adel və Tobias Cessi tərəfindən yazılmışdır.Evan Minsker — Sia Shares "Alive" Co-Written With Adele and Tobias Jesso Jr. , pitchfork.com, September 24, 2015, İstifadə tarixi: 25 sentyabr 2015
Fon 2015-ci ilin sentyabrında Sia "This Is Acting" albomunun baş sinqlının ayın axırında çıxarılacağı və mahnının əslində Adel üçün yazılmış olduğunu açıqladı. O, qeyd edir ki, "mahnı Adelin həyatı haqqındadır" və "Adelin səs imkanları üçün yazılmışdır". Sonradan o, Rayan Sikrestə bildirir ki, mahnı Adelin 2015-ci ildə çıxarılması nəzərdə tutulan albomu üçün yazılsa da, son anda Adel mahnıdan imtina etmişdir. Daha sonra isə, mahnı Rihannaya təklif olunmuş və o da, mahnını oxumaqdan imtina etmişdir.
Çıxarılması 21 sentyabr 2015-ci ildə Sia rəsmi Twitter hesabında məlumat yayaraq sinqlın 25 sentyabrda çıxarılacağına işarə etdi. 23 sentyabrda mahnının 15 saniyəlik hissəsi Sianın rəsmi Vevo hesabı vasitəsilə yayımlandı və sinqlın çıxış tarixi bir gün qabaq — 24 sentyabr olaraq göstərildi. Daha sonra Sia Twitter vasitəsilə məlumat yayaraq sinqlın 24 sentyabr günü səhər tezdən çıxarılacağını bildirdi. 24 sentyabr 2015-ci ildə saat 7 a.m.-də sinql Snapchatda debüt etdi, bir qədər sonra isə digər servislərdə yayımlandı.
Qəbulu Tənqidçilərin müsbət qəbul etdikləri mahnının musiqisi və Sianın vokalı təriflənmişdir. "Rolling Stone" jurnalından tənqidçi Con Blişteyn Sianın vokal imkanlarını "dağıdıcı və elektrifikator" kimi təsvir edərək yazır ki, ""Alive" mahnısı Adelin əlindən çıxsa da, pop istehsala daxil ola bildi — Cessi Şatkinin sayəsində — və Sianın özünəməxsus qırılan, boğaz cıran vokalı ilə bizlərə çatıdırıldı."
Hit-paradlarda Hit-parad (2015)Yüksəldiyiyer Avstriya (Ö3 Austria Top 40) 39 Fransa (SNEP) 17İtaliya (FIMI) 86 Yeni Zellandiya (Recorded Music NZ) 29
İstinadlar
Kateqoriya:2015-ci ilin sinqlları Kateqoriya:Sia mahnıları Kateqoriya:2015-ci ilin mahnıları Kateqoriya:2010-cu illərin balladaları