Telman Həsən oğlu Salahov () — azərbaycanlı futbolçu və məşqçi, SSRİ idman ustası və əməkdar məşqçisi. 2013-cü ildən "Sumqayıt FK"nın Müşahidə Şurasının üzvü olan Telman Salahov 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.
Həyatı Telman Salahov 1937-ci il fevralın 1-də Gəncə şəhərində Həsən Salahovun və Kəklik Əzizovanın ailəsində anadan olub; əslən Gəncə şəhərindəndir.
Atası Həsən Salahov Azərbaycan SSR Daxili İşlər Nazirliyinin zabiti, anası Kəklik Əzizova isə evdar xanım olub.
6 iyul 2026-cı ildə vəfat edib.
Karyerası Telman Salahov futbolçu karyerasına 1961-ci ildə Sumqayıtın "Temp" komandasının heyətində başladı. Həmin il Sovet İttifaqının B divizionunda çıxış edən "Temp" komandasında Salahov birinci qolunu aprelin 22-si Leninqradın "Pamir" komandasının qapısına vurdu. Mayın ayının 7-i Kirovabadın "Dinamo" komandası ilə görüşdə Telman Salahov komandasının qələbə qolunu, "Alqa" Frunze ilə görüşdə isə təsəlli qolunu vurdu. Artıq "Temp" komandasının əsas heyət futbolçularından olan 24 yaşlı Salahov iyun ayında Cambulun "Metallist" (3:2) və Düşənbənin "Energetik" (2:1) komandaları ilə görüşdə komandasının bərabərlik qollarını vurdu.
Statistikası KomandaMövsümÇempionatKubokLiqaOyunQolOyunQolTemp Sumqayıt1961B divizionu279-0
İstinadlar Kateqoriya:Kəpəz PFK futbolçuları