Marslı () — 2015-ci ildə 20th Century Fox kino şirkəti tərəfindən Ridli Skottun rejissorluğu ilə çəkilmiş elmi-fantastik ABŞ filmi. Filmin baş rolunda Mett Deymon çıxış edir. Digər rolları Cessika Çesteyn, Kristen Uiq, Ceff Deniels, Maykl Penya, Keyt Mara, Bin Şon, Sebastian Sten, Aksel Henni, Donald Qlover, Makkenzi Devis və Çivetel Eciofor ifa edirlər. Filmin premyerası 2015-ci ilin sentyabr ayının 15-də Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film müsbət rəy göstərməklə dünya üzrə 630 milyon dollar gəlir əldə edir,beləliklə Ridki Skottun rejissorluğu ilə çəkilmiş ən bahalı film və həmçinin 2015-ci ildə çəkilmiş ən bahalı filmlər içərisində 10-cu yerdə qərarlaşır.
Haqqında Film Endi Uirin 2011-ci ildə yazdığı "Marslı" romanı əsasında çəkilmişdir. Filmin ssenari müəllifi Dryu Qoddarda məxsusdur. Film heyətindən ayrı düşərək Mars planetinin səthində tək qalan və sağ qalmağa çalışan kosmonavt Mark Uatni haqqındadır.
Qısa süjet 2035-ci il, Ares III gəmisinin heyəti Mars planetinin düzənliyini tədqiq etmək missiyası verilib. Ancaq güclü qum fırtınası onları bu missiyanı təxirə salmağa vadar edir. Evakuasiya zamanı uçuş xəttində qırılan antena qırıntısı Mark Uatniyə dəyir və onun fırtınada itməsinə gətirib çıxarır. Kosmik formasında yerləşən siqnal ötürücüsünün sıradan çıxması və komandir Melissa Levisin onu tapa bilməməsi səbəbindən onun həlak olduğu güman edilir. Beləliklə kosmonavt planetdə tək, yaralı və 6 nəfərin ehtiyyacını ödəyəcək 1 aylıq resursla çarəsiz vəziyyətdə qalır. Mark Yer planetinə siqnal göndərmək və evə qayıtmaq üçün yeganə şansının 3 il sonra Ares IV heyətinin yeni missiya üçün 3200 km aralıda(təxminən 4 il yol qət etməyə bərabər) uçuş nöqtəsinin olduğu qənaətinə gəlir.
Rollarda Mett Deymon — Mark Uatni, Mars səthində Ares III gəmisindən ayrı düşərək öldüyü güman edilən botanik kosmonavt.Mark xilas olunana qədər öz ixtiraçılığından və zəkasından istifadə edərək sağ qalmağa çalışır.
Cessika Çesteyn — Komandir Melissa Levis,ABŞ hərbi donanmasının zabiti,geoloq və Ares III gəmisinin missiya komandiri.
Ceff Deniels — Teodor "Teddy" Sanders,NASA-nın direktoru
Chivetel Ejiofor — Vinsent Kapoor,NASA-nın Marsdakı missiyalarının icraçı direktoru və Uatni ilə əlaqə yaradan ilk şəxs
Şon Bin — Miç Henderson,Ares III gəmisinin missiyalarının icraçı direktoru
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Ridli Skottun filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastik macəra filmləri Kateqoriya:ABŞ-nin kosmik macəra filmləri Kateqoriya:IMAX filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Elmi fantastika romanlarına əsaslanan filmlər Kateqoriya:Kosmonavtlar haqqında filmlər Kateqoriya:NASA haqqında filmlər Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər Kateqoriya:Scott Free Productions filmləri Kateqoriya:TSG Entertainment filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:Böyük Britaniyanın elmi fantastika macəra filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:Mars haqqında filmlər Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngilis dilində elmi-fantastika dram filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:İngilis dilində elmi-fantastika macəra filmləri Kateqoriya:Dramlar Kateqoriya:Alimlər haqqında filmlər Kateqoriya:Bəstəkar Harri Qreqson-Vilyamsın filmləri Kateqoriya:Təcrid olunmuşlar haqqında filmlər Kateqoriya:2015-ci ilin dram filmləri Kateqoriya:Virciniya haqqında filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri