Qırmızıqarın təlxə() — Suilanıkimilər fəsiləsinə aid ilan növü.

Xüsusiyyətləri Müasir zamana qədər bu növ Xəzər təlxəsinin bir yarımnövü hesab edilirdi. Onların əsas fərqləri ondadır ki, Qırmızıqarın təlxə əsasən Qafqazda yayılmışdır. Digər fərqi isə qarın nahiyəsinin qırmızı olmasıdır və adını bu xüsusiyyətindən alır.

Onların bədənindəki pulcuqlar hamarlığı ilə seçilir.

Yayılması Onlara Mərkəzi Anadoludan İranın şimalına qədər olan ərazilərdə, Dağıstanın cənubunda, Azərbaycanda, Gürcüstanda, Ermənistanda və Türkmənistanın bir çox çaylarının kənarlarında yayılmışdır. Yarımnövləri yoxdur.

Həyat tərzi Onlar düzən çaylarının kənarlarından başlayaraq, hündürlüyü 1000–1500 metr olan dağ çaylarının dərələrində belə rast gəlinir. Gün zamanı aktiv olur. Qışlamadan martda qayıdır. Aprel və may ayları çütləşmə dönəmi olur. İyunun sonu İyulun əvvəlləri 5–11 olmaqla yumurta (5,0 x 0,6 sm) qoyur. Balalar artıq sentyabrda yumurtada çıxır. Onlar 33 sm uzunluğa malik olur.

Əsasən kərtənkələlərlə qidalansada bəzi hallarda gəmiriçilər, quşlar və hətta ilanlarıda ovlayır. Düşmənlərindən gəmiriçilərin yuvalarında gizlənməklə qorunur üstəlik sançma atışları edir.

İstinadlar

Xarici keçidlər Qırmızıqarın təlxə

Kateqoriya:İlanlar Kateqoriya:Suilanıkimilər Kateqoriya:Sürünənlər Kateqoriya:Pulcuqlular Kateqoriya:Xordalılar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya sürünənləri