"Göyçay" SES — Göyçay rayonunda yerləşən kiçik su elektrik stansiyası.İlham Əliyev "Göyçay" su-elektrik stansiyasının açılışında iştirak edib . president.az, 06.10.2015

Tarixi "Göyçay" su-elektrik stansiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamına"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamı. e-qanun.az əsasən inşa olunmuşdur. SES-in təməli 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən qoyulmuşdur.

Ölkə Prezidenti İlham Əliyev 6 oktyabr 2015-ci ildə "Göyçay" SES-in açılışında iştirak etmişdir.

Texniki göstəriciləri "Göyçay" SES kiçik su-elektrik stansiyasıdır və gücü 3,1 meqavatdır.

Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir.

Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilmişdir.

Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılmışdır. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Göyçay rayonu Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar