Axelouzavr ( — "Axeloya kərtənkələsi") — Seratopsov qrupuna daxil olan və Təbaşir dövründə yaşamış dinozavr cinsi. Onların yaşları 70–75 milyon il olduğu bildirilir. Onların qalıqları ABŞın Montana ştatı ərazisində aşkarlanmışdır.
Görünüşü Dördayaqlı dinozavr olaraq ot yeyən canlı olmuşdur. Üstəlik iki buynuza malik imiş. Axelouzavr 6 metr uzunluğa, 3,5 metr hündürlüyə və 2,5 ton çəkiyə malik olmuşdur. Axelouzavr kəlləsi 1,6 metr uzunluğa malik olurmuş.
Açılışı 1995-ci ildə Skott Sempson bu cinsə daxil olan A. horneri növü tətqiq etmiş və ətraflı məlumat vermişdir. Növ epiteti Cek Hornerin şərəfinə adlandırılmışdır. O, Montana ştatında dinozavr qalıqlarını araşdırmışdır. Növ adı Achelousaurus qədim yunan mifologiyasında Axeloy tarısının adından götürülmüşdür. Rəvayətə görə isə Herakl onun buynuzlarından birini sındırmışdır. Hal-hazırda cəmi üç sklet tapılmışdır.
Bərpa olumuş variantları
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Dinozavrlar Kateqoriya:Şimali Amerikanın dinozavrları Kateqoriya:Təbaşir dövrü dinozavrları