— 1996-cı ilin 8 martında Angel Studios (indiki Rockstar San Diego) tərəfindən satışa buraxılmış və PlayStation ilə Sega Saturn platformaları üçün nəzərdə tutulmuş 2D "Seylor Mun" videooyunu. Faytinq janrında olan bu oyun ancaq Yaponiyada yayımlanmışdır.

Oyunun Sega Saturn platforması üçün versiyası çıxdıqda oyun "Sailor Moon SuperS - Various Emotion" adlandırılmış və fərqli üz qabığından istifadə olunmuşdur. Sega Saturn versiyasında Seylor Çibi Munun görünüşü də fərqlidir.

Hekayə

Oyun iki rejimdə oynanıla bilər: hekayə rejimi və görüş rejimi. Hekayə rejimi təkoyunçulu, görüş rejimi çoxoyunçuludur. Əgər oyunçu hekayə rejimini seçibsə, ancaq bu personajlardan istifadə edə bilər: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera və Seylor Çibi Mun. Əgər oyunçu görüş rejimində oynayırsa, bu personajlarla yanaşı Seylor Pluton, Seylor Uran, Seylor Neptun və Seylor Saturndan da istifadə edə bilər.

Oyunçu istədiyi Seylor döyüşçünün gücünü artıra, onun gücünə maksimum 20 xal verə bilər.

Oyunda 4 çətinlik səviyyəsi var: asan (nakayoşi), normal, çətin, ən çətin (muzukaşi).

Personajlar və səsləndirənlər

Personaj Səsləndirən Personaj Səsləndirən Seylor Mun Kotono Mitsuişi Seylor Uran Mequmi Oqata Seylor Merkuri Aya Hisakava Seylor Neptun Masako Katsuki Seylor Mars Miçie Tomizava Seylor Saturn Yuko Minaquti Seylor Yupiter Emi Şinohara Luna Han Keyko Seylor Venera Rika Fukami Artemis Takato Yasuhiro Seylor Çibi Mun Kae Araki Diana Nişihara Kumiko Seylor Pluton Çiyoko Kavaşima Taksedo Mask Furuya Tohru

İstinadlar

Xarici keçidlər Seylor Mun Vikisində.

Kateqoriya:Sailor Moon videooyunları Kateqoriya:1996-cı ilin videooyunları Kateqoriya:Qarşı-qarşıya faytinq oyunları Kateqoriya:Faytinq oyunları Kateqoriya:PlayStation (konsol) videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Sega Saturn videooyunları