Mahmud Əhməd oğlu Məmməd-Quliyev () — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.

Həyatı Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olmuşdur. 1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət etmişdir. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur.

1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur.

1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur.

2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

İngilis və rus dillərini bilir.

İstinadlar

Xarici keçidlər Nazir Müavinləri

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycanın Danimarkadakı səfirləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycanın İsveçdəki səfirləri Kateqoriya:Azərbaycanın Norveçdəki səfirləri Kateqoriya:Azərbaycanın İrlandiyadakı səfirləri Kateqoriya:Azərbaycanın Birləşmiş Krallıqdakı səfirləri Kateqoriya:Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müavinləri