Keri Linn Rassell ( )Keri Russell Biography . People.com Retrieved 2013-12-05 — ABŞ aktrisası. 1998–2002-ci illərdə yayımlanan "Felisiti" serialındakı rolu ilə məşhurlaşdı. Bu rola görə o "Qızıl Qlobus" mükafatına layiq görüldü. Bundan sonra Rassell "Qeyri-mümkün missiya 3", "Ofisiant", "August Rush", "Fövqəladə tədbirlər", "Meymunlar planeti: İnqilab" filmlərində rol aldı. O, "Amerikalılar' serialındakı performansına görə "Praytaym Emmi" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.

İlk illəri Keri Rassell Kaliforniyanın Faunten-Velli şəhərində ev xanımı olan Stefaniya və Nissan Motorsda müdir vəzifəsində çalışan Devid Rassellin ailəsində anadan olmuşdur. Özündən böyük Todd adında qardaşı, özündən balaca Culia adında bacısı var. Atasının işi ilə əlaqədar olaraq ailə Koppel, Mesa və Haylands Ranç şəhərlərində yaşamışdı. Rasselin rəqsi ona "Miki Maus Klubu" şousunda iştirak imkanı yaratdı.

Kariyerası 1991-2002 Rassel televiziyada ilk dəfə Disney Channel-da yayımlanan "Miki Maus Klubu" şousunun heyətində çıxmışdı. O, bu şouda 1991-ci ildən 1994-cü ilə qədər (4-6 mövsüm) iştirak etmişdı və bü müddət ərzində gələcəyin aktyoru Rayan Qoslinq və gələcəyin pop müğənniləri Kristina Agilera, Britni Spirs, JS Çeyzes, Castin Timberleyk və Toni Lukka ilə tərəf müqabili olmuşdu.

1992-ci ildə Əzizim, uşaqları böyütdüm filmində və 1993-cü ildə isə Oğlanlar dünya ilə görüşür sitkomunda rol alır. 1995-ci ildə Evli və uşaqlı serialının bir seriyasında təkrar görünür. Bundan sonra 1996-cı ildə Dayənin cazibəsi filmi daxil olmaqla bir neçə teleserial və filmdə rol aldı. Həmin il Malibu sahlilləri serialında ona da rol verildi.

1994-cü ildə Rassel Bon Jovinin “Always” mahnısının videoklipinə çəkilir. 1997-ci ildə isə Nərilti serialının iki seriyasında öz məharətini göstərir.

1998-2002-ci illərdə Felisiti serialına çəkilmiş və burdakı roluna görə 1999-cu ildə Qızıl Qlobus Mükafatı qazanmışdı. Rasselin uzun və dalğalı saçı onun yaratdığı pesronajın ən bariz xarakteristikası idi. İkinci mövsümdə saç düzümünü dəyişməsi serialın izlənmə sayında nəzərəçarpacaq enməyə səbəb oldu.

Bu serial davam edərkən Rassel Şimali Amerikada məhdud sayda baxışı həyata keçirilmiş Həftədə səkkiz gün, Döngə və Mamboya aşiq filmlərində də rol ifa etdi. Bir sonrakı film rolu isə Biz əsgərdik filmində Vyetnam müharibəsi vaxtı xidmət edən ABŞ xidmətçisi rolu olur. Film Felisiti serialının bitməsindən iki ay əvvəl göstərilməyə başlayır. 2003-indiyədək Felisiti serialı bitdikdən sonra Rassell Nyu-York şəhərinə köçür və Ceremi Piven, Endryu Makkarti və Eşli Atkinson ilə birlikdə Neyl LaButun Kök Donuz əsəri ilə öz off-Broadway debütünü etdi. 2005-ci ildə televiziya və kino aləminə dönərək Sadə günlərin sehri telefilmində, Qəzəbin Görünüşü (Kevin Kostner, Coan Allen və Evan Reyçel Vud ilə birlikdə) teatr filmində və Qərbə Doğru miniserialında iştirak edir.

Filmoqrafiyası

Filmlər İl Adı Rol Qeydlər 1992 Əzizim, uşaqları böyütdüm Mendi Park 1995 Məmurlar Sandra Telefilm1996 Dayənin cazibəsi Mişel Vinston Telefilm Lotereya Feliçe Danbar Telefilm1997 Məsumluq İtirildikdə Erika French Telefilm Həftədə səkkiz gün Erika 1998 Döngə Emma Filimin digər adı Ölü 1999 SinderElmo Şahzadə Telefilm 2000 Mamboya aşiq Lyusi Maklaflin 2002 Biz əsgərdik Barbara Geoheqan 2005 Qəzəbin Görünüşü Emili Volfmayer Sadə günlərin sehri Oliviya "Livvi" Dann TelefilmNominasiya — Peyk Mükafatı2006 Çətin tapşırıq 3 Lindsey Ferris Nominasiya — Yeniyetmə Seçimi Mükafatı Rotenburq Keyti Armstronq 2007 Ofisiant Cenna Hanterson Parkdakı Qız Selesta Avqust Raş Lila Novaçek Nominasiya — Yeniyetmə Seçimi Mükafatı 2008 Yuxu nağılları Cill 2009 Möcüzə Qadın Möcüzə Qadın (səs) Ot yarpaqları Canet 2010 Fövqəladə tədbirlər Eylin Krouli 2012 Keçilər Cudi 2013 Ostinlend Ceyn Heys Qaranlıq Səma Leysi Barrett 2014 Meymunlar planeti: İnqilab Elli 2016 Müstəqil Jons ştatı Serena Nayt 2019 Ulduz müharibələri: Skayvolkerin yüksəlişiZorii Bliss 2021 Antlers Julia Meadows 2023 Cocaine Bear Sari

Teleseriallar İl Adı Rol Qeydlər 1991–1993 Miki Maus Klubu Özü 1993 Oğlanlar dünya ilə görüşür Cessika 1 seriya 1994 Atasının qızı Feba Uoker 3 seriya 1995 Evli və uşaqlı Eypril Adams 1 seriya 1996 Malibu sahlilləri Xloe Uoker 10 seriya1997 7-ci cənnət Kamilla 1 seriya Nərilti Kler 2 seriya 1998–2002 Felisiti Felisiti Porter 84 seriyaQızıl Qlobus MükafatıYeniyetmə Seçimi MükafatıNominasiya—Yeniyetmə Seçimi Mükafatı (1999–2002) 2005 Qərbə Doğru Naomi Uiler 1 seriya 2007 İnternalar Melodi O'Hara 2 seriya 2010–2011 Uayldın qaçışı Emmi Kadubik 13 seriya 2013–indiyədək Amerikalılar Elizabet Cenninqs 39 seriyaPeyk MükafatıNominasiya—Tənqidçilərin Seçimi Televiziya Mükafatı (2013–15)Nominasiya—Peyk MükafatıNominasiya—Saturn mükafatı 2013 İnkişafın həbsi dul Karr (səs) 1 seriya

Qalibiyyət və nominasiyalar İl Mükafat Kateqoriya Əsərin adı Nəticə1993Cavan Aktyor MükafatıOutstanding Young Ensemble Cast in a Youth Series or Variety ShowMiki Maus Klubu1993Cavan Aktyor MükafatıBest Young Actress Co-Starring in a Motion PictureƏzizim, uşaqları böyütdüm1999Qızıl Qlobus MükafatıBest Performance by an Actress in a TV Series – DramaFelisiti1999Yeniyetmə Seçimi MükafatıTV – Choice ActressFelisiti1999Yeniyetmə Seçimi MükafatıTV – Breakout PerformanceFelisiti2000Yeniyetmə Seçimi MükafatıTV – Choice ActressFelisiti2001Yeniyetmə Seçimi MükafatıTV – Choice ActressFelisiti2002Yeniyetmə Seçimi MükafatıTV – Choice Actress, DramaFelisiti2005Peyk MükafatıOutstanding Actress in a Miniseries or a Motion Picture Made for TelevisionSadə günlərin sehri2006Yeniyetmə Seçimi MükafatıMovies – Choice Actress: Drama/Action AdventureÇətin tapşırıq 32006ƏXƏ MükafatıSadə günlərin sehri2007ƏDF MükafatıBest Seduction <small> Shared with Nathan Fillion <small>Ofisiant2008Yeniyetmə Seçimi MükafatıChoice Movie Actress: DramaAvqust Raş 2013 Tənqidçilərin Seçimi Televiziya Mükafatı Dram Seriallarında Ən Yaxşı Aktrisa Amerikalılar 2014 Tənqidçilərin Seçimi Televiziya Mükafatı Dram Seriallarında Ən Yaxşı Aktrisa Amerikalılar 2014 Peyk Mükafatı Televiziya Dram Seriallarında Ən Yaxşı Aktrisa Amerikalılar 2014 Saturn mükafatı Televiziyada Ən Yaxşı Aktrisa Amerikalılar 2015 Tənqidçilərin Seçimi Televiziya Mükafatı Dram Seriallarında Ən Yaxşı Aktrisa Amerikalılar 2015 Peyk Mükafatı Televiziya Dram Seriallarında Ən Yaxşı Aktrisa Amerikalılar

İstinadlar

Xarici keçidlər Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Kaliforniyada doğulanlar Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları