Maral böcək () — Sərtqanadlılar dəstəsinə, buynuzlu böcəklər fəsiləsinə aid böcək növü. Təsviri Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir.

Yayılması Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar. Azərbaycanda isə Böyük Qafqazda rast gəlinir

Həyat tərzi Böcəklər may ayından iyul ayınadək təbiətdə görünürlər. Yetkin böcəklər isə ağac və kolların gövdələrindən axan şirə ilə qidalanırlar. Yumurtalarını çürüməkdə olan və ya artıq çürümüş ağacların qabığı altına qoyurlar. Yumurtadan çıxmış sürfələr çürümüş oduncaqla qidalanırlar. Yaşayış yerinin termiki xüsusiyyətlərindən asılı olaraq bir genarasiya 4 – 6 il davam edə bilir. Maral böcək Azərbaycanda bu fəsilənin ən iri nümayəndəsidir.

Qorunması

Sayı azalan növdür. Səbəb isə arealının insanlar tərəfindən daraldılması yəni torpaqların istifadəsi və özlərinin isə kolleksiyaçılar tərəfindən tutulmasıdır. Azərbaycandan başqa Danimarka, Almaniya, Polşa, Latviya, Estoniya, Belarus respublikası, İsveç, Ukrayna və Rusiya federasiyasının Qırmızı Kitabına daxil edilmişdir. Yarımnövləri

Kateqoriya:Sərtqanadlılar Kateqoriya:Böcəklər Kateqoriya:1758-ci ildə təsvir edilən sərtqanadlılar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları