thumb|right|300px|Herakl Alfey və Peney çaylarının istiqamətini dəyişdirərək Avgi tövlələrini təmizləyir. Liriyada aşkar edilmiş və III əsrin birinci yarısına aid olan Roma mozaikası fraqmenti. Madrid Milli Arxeologiya Muzeyində saxlanılır.
Avgi tövlələri — qədim yunan mifologiyasında motiv. Bunlar Elida padşahı Avginin tövlələridir. Çoxlu mal-qarası olan bu tövlə 30 il peyindən təmizləməmişdi.Авгієві стайні // Herakl yaxınlıqlardakı çayların sularını Avginin tövlələrinə yönəltmiş və onları bir gündə peyindən təmizləmişdir, bu isə Heraklın beşinci (digər mənbələrə görə yeddinci) şücaəti olmuşdur. Mükafat olaraq Avgi ona mal-qarasının onda birini vəd etmiş, amma sözünü tutmamışdır. Buna görə də Herakl ilə Avgi arasında müharibə baş tutmuş, nəticədə Avgi həlak olmuşdur. Onun varisi Heraklin razılığı ilə oğlu Filey olmuşdur.Словник античної міфології / Уклад. І. Я. Козовик, О. Д. Пономарів; вступ. стаття А. О. Білецького; відп. ред. А. О. Білецький. — 2-е вид. — : Наукова думка, 1989. — 240 с. ISBN 5-12-001101-2
İstinadlar
Kateqoriya:Herakl mifləri Kateqoriya:Elida mifologiyası