() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Təsviri Qanadları açılmış halda 32-36 mm-dir. Ön qanadlar qırmızımtıl-qonur rəngdədir, üzərindəki haşiyə ağdır, qara rəngli pazşəkilli naxışla kəsişir. Yumuru və pazşəkilli naxışlar zəif görünür. Böyrəkşəkilli naxış qonur rəngdə olub, ortası qara, kənarları isə ağdır. Dalğavari zolaq dişlidir və "w" hərifinə oxşayır. Arxa qanadlar ağımtıldır.

Yayılması Avropa, Rusiyanın cənubu və cənubi-şərqində, Şimali Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Kiçik Qafqazın cənub yamaclarında yayılıb.

Həyat tərzi Dağətəyi bağlar, otluqlar və yabanı bitki biotopları. Həyat tərzi öyrənilməmişdir. Kəpənəyi işığa çox zəif sürətdə iyunda uçur. Tırtılı iyul və avqust aylarında xallı dazı bitkisi üzərində yaşayır.

Sayı Azsaylıdır, cəmi 2 kəpənəyi Ordubad rayonunun Biləv kəndində işıqdan tutulmuşdur.

Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların və meşələrin əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək.

İstinadlar

Həmçinin bax