Helmut Kol (; ) 1982–1998-ci illərdə Almaniyanın kansleri olmuşdur. 1990-cı il 3 oktyabrda birləşmiş Almaniyanın ilk kansleri olub.
Həyatı Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olur və O Ludwigshafendə böyüyür. 1950-ci ildə Frankfurt Universiteti Hüquq Fakültəsinə daxil olur, 1951-ci ildə Heydelberq Universitetinə keçir və tarixi və sosial-siyasi elmləri öyrənir. 1956-cı ildə Universiteti bitirdikdən sonra Kol Heydelberq Universitetinin Alfred Veber adına İnstitutunda tədqiqat işçisi kimi çalışmışdır. 1958-ci ildə "1945-ci ildən sonra Pfalçanın siyasi inkişafı və partiyaların dirilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə Helmut Kol 1948-ci ildən bəri tanış olduğu tərcüməçi Hannelore Renner ilə evlənir və iki oğlanları dünyaya gəlir. 5 iyul 2001-ci ildə, 68 yaşında, alergiyadan ciddi şəkildə xəstələnən Hannelore Kol, özünü öldürür..
8 may 2008-ci ildə 78 yaşındakı Helmut Kol ikinci dəfə evlənir. Seçdiyi 43 yaşındakı iqtisadçı Mayke Rihter, O 1994-cü ildən 1998-ci ilə qədər Federal Konfransın iqtisadi şöbəsində işləyir. Və Helmut Kol 16 iyun 2017-ci ildə dünyasını dəyişir..
Fəaliyyəti Helmut Kol məktəbdə Xristian Demokratik Birliyinə qoşulmuş, 1946-cı ildə doğma Lüdviqshafendə "Gənclik Birliyi"nin həmtəsisçisi kimi fəaliyyət göstərmişdir. Universitetdə təhsil alırkən Helmut Kol siyasətlə məşğul olmağa başlamışdır. 1953-cü ildə Reynland-Pfaltsda Xristian-Demokrat Birliyinin idarə heyətinin üzvü olub, 1954-cü ildə Reynland-Pfaltsda "Gənclik Birliyi" şöbəsinin sədr müavini seçilmişdir, 1955-ci ildə Reynland-Pfaltsda Xristian-Demokrat Birliyinin idarə heyətinə qatıldı. 1959-cu ildə Helmut Kol Lüdviqshafen şəhərində Xristian-Demokrat Birliyi regional şöbəsinin sədri vəzifəsini icra etdi, 1960–1969-cu illərdə Lüdviqshafen şəhər şurasında Xristian-Demokrat Birliyi fraksiyasına rəhbərlik etmişdir. 1963-cü ildə Kol Reynland-Pfaltsını Landtağ şəhər fraksiyanın sədri təyin edilib,
Həmçinin bax Hayko Maas Angela Merkel
İstinadlar
Xarici keçidlər Almaniyanın sabiq kansleri Helmut Kol
Kateqoriya:Almaniya hökumət başçıları Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:Almaniyanın dövlət başçıları Kateqoriya:İkinci Dünya müharibəsində Almaniya hərbçiləri Kateqoriya:Prezident Azadlıq medalı ilə təltif edilənlər Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları Kateqoriya:Almaniya politoloqları Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Almaniya tarixçiləri Kateqoriya:Almaniya antikommunistləri