Ay brilliant tammetrajlı bədii filmi rejissor Kənan Mahmudov tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Azad Azərbaycan TV və İlk medianın istehsalıdır. Filmdə hadisələr "Bozbash Pictures"dən tanıdığımız 5 əsas qəhrəmanın ətrafında cərəyan edir. Əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, Şamil Süleymanov və Pərvin Abıyeva ifa edirlər.

Məzmun Filmdə hadisələr "Bozbash Pictures"dən tanıdığımız 5 əsas qəhrəmanın ətrafında cərəyan edir. Filmin qəhrəmanlarından olan Şirin (Nicat Rəhimov) təsadüfən mafiyadan oğurlanmış medalyon əhvalatının qurbanına çevrilir. Nəticədə məsələni həll etmək istəyən Şirinin dostları — qohumları Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov) və Şirinin özü Hacı (Şamil Süleymanov) adlı mafiya başçısının əsiri olurlar. Bütün bu hadisələrin fonunda Topal (Sərdar İsgəndərov) adlı başqa mafiya başçısı da məsələyə qarışır.

Filmin üzərində işləyənlər Rejissor: Kənan Mahmudov Ssenarist: Ənvər Abbasov, Samid Ağayev, Kənan Mahmudov Operator: Bəhruz Əliyev Prodüser: İlkin Həsəni Rəssam: Mehriban Əfəndi Bəstəkar: Tərlan Məmmədhüseynov

Rollarda İlkin Həsəni — Şəmi Ramil Babayev — Şöşü Elşən Orucov — Fəlakət Nicat Rəhimov — Şirin Azər Baxşəliyev — Ağsaqqal Şamil Süleymanov — Hacı Pərvin Abıyeva — Şəms Sərdar İsgəndərov — Topal Şəhanə Yusifova — Ağsaqqalın sevgilisi

İstinadlar

Mənbə "28 Cinema"da "Ay Brilliant" filminin mətbuat konfransı keçirilib “28 Cinema”da “Ay Brilliant” filminin təqdimatı keçirilib “Ay Brilliant”dan daha bir təqdimat “Ay Brilliant” təqdimatında nələr oldu

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2015-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri