— Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Miyaqi, Akita, Yamaqata və Fukuşima.

Adı

Tohoku regionun adı iki sözdən ibarətdir: şərq deməkdir, isə şimal. Ona həmçinin deyirlər. Bu ad həmin regionda yerləşən Ou dağları ilə bağlıdır.

Coğrafiya

Tohoku regionu Honşu adasının şimal-şərqində yerləşir və Yaponiyanın ərazinin təxminən 18 %-i tərkib edir. Şimaldan onu Hokkaydo adası ilə Sanqar boğazı ayırır, şərqdən Sakit okean, qərbdən isə Yapon dənizi sulayır. Cənubda Kanto, cənub-qərbdə isə Çubu regionu ilə həmsərhəddir.Хасэгава Н. Регион Тохоку // Энциклопедия Ниппоника: в 26 тт. 2-е издание. — Токио: Сёгакукан, 1994—1997.

Dağlar

Ou dağları Banday dağı Devanın üç dağı Hakkoda dağları Hayaçine dağları İvaki dağı Osore dağı

Göllər

Tadzava gölü Tovada gölü

Çaylar

Kitakami çayı Oirase çayı

Parklar

Banday-Asahi Milli Parkı Miss Veedol Plyajı Rikuçu Kayqan Milli Parkı Tovada-Haçimantay Milli Parkı

Əhali

Əhali sıxlığı Yaponiyanın orta göstəricilərdən aşağıdır. Tohokunun ən böyük şəhəri Sendaydır. Aomori, Morioka, Akita, Fukuşima və Yamaqata kimi prefektura mərkəzləri və Haçinohe, Koriyama və İvaki kimi sənaye və ticarət mərkəzləri də urbanistik yığılma yerləridirlər.

Regionun əhalisi əsasən Yapon dilinin eyni adlı Tohoku dialektində (東北方言 Tōhoku hōgen və ya 東北弁 Tōhoku-ben) danışır.

Tarix Keçmişdə bu region Miçinoku adını daşıyırdı.Hanihara, Kazuro. "Emishi, Ezo and Ainu: An Anthropological Perspective," Japan Review, 1990, 1:37 (PDF p. 3).

2011-ci ilin martın 11-də Tohokuda zəlzələsi və sunami baş verdi.

İqtisadiyyat Tohoku həmişə Yapniyanın zəif inkişaf etmiş regionu kimi tanınırdı.Dentsu. (1970). Industrial Japan, Issues 18-26, p. 58 ; retrieved 2013-4-17. Bu region əsasən aqrardır. 2014-cü ildə kənd təsərrüfatın əsas gəlirləri ilk növbədə düyü istehsalından, bundan sonra isə, heyvandarlıqdan, tərəvəz və meyvə istehsalından gəldi. p. 26 Lakin, kənd təsərrüfatından başqa, 1960-cı illərdən bəri burda həmçinin dəmir, polad, sement, kimyə, ağac, və neft emalı kimi sənayələr inkişaf etməyə başladılar.

Tohoku 2011-ci ilin təbii fəlakətindən böyük zərər almışdı. Lakin sonra, regionun iqtisadiyyatı dirçəlməyə başladı.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Asiya regionları