Əlizadə Zərdüşt Məmməd Mübariz oğlu () — Azərbaycan ictimai-siyasi xadimi, publisit, Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri.
Həyatı Zərdüşt Əlizadə 2 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. O, ata tərəfindən əslən İranın Xamnə şəhərindəndir. Əlizadənin ana tərəfi İçərişəhərin zadəgan nəslindəndir. 1964-cü ildə 132 №li orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.
1969–1971-ci illərdə Misirdə hərbi mütərcim, 1973–1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləmişdir.
1971-ci ildən 1990-cı ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.
Filologiya elmləri namizədidir.
Siyasi fəaliyyəti 1969–1990-cı illərdə Sov.İKP üzvü olmuşdur. 1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, 1990-cı ilin yanvar ayının 7-sində istefa vermiş, 1990–2000-ci illərdə Azərbaycan Sosial Demokrat Partiyasının fəallarından olmuşdur.
İki kitab, yüzlərlə məqalə müəllifidir.
Şəxsi həyatı Niyal xanımla evlidir, iki oğlu var.
Məmməd Mübariz Əlizadənin oğlu, Nüşabə Əlizadənin və Araz Əlizadənin qardaşıdır.
Əsərləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan ərəbşünasları Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan Sosial Demokrat Partiyasının sədrləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan demokratiya aktivistləri Kateqoriya:Azərbaycan jurnalistləri