Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Kəndin başqa adı Pirli olmuşdurerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.173, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirliİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.107, Qafqazın 5 verstlik xəritəsində Birəli kimiПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.39 qeyd edilmişdir.

Toponimi Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur. XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Brili, həmin əyalətin Batum dairəsində Brili, Tiflis quberniyasının Qori qəzasında Brili, Kutais quberniyasının Raçin qəzasında Brili, Şimali Qafqazda Vladiqafqaz əyalətində Bira-Jenq, Baki quberniyasının Cavad qəzasında Bir-Alambek, Ter əyalətində Bir Ağqan, Zəngəzur qəzasında Birulu toponimləri ilə mənşəcə eynidir. Bu toponimlərin bə'ziləri Altay-türk dilərində birə "kiçik çay" sözündəndir. Məsələn, Amur çayının Böyük Birə və Kiçik Birə qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonunda) bir çay Birəliçay adlanır, lakin XIX əsrdə İrəvan quberniyasında Aşağı Pirili və Yuxarı Pirili, hazırda Azərbaycanda Böyük Pirəli və Kiçik Pirəli (Qəbələ rayonu) kənd adları, ehtimal ki, tayfa adından ibarətdir. 1593-cü ilə aid mənbədə "Gəncə sancağının Ahiştabad aranında" (yə'ni qışlağında) Peyrəlu tayfasının yaşaması qeyd olunmuşdur

Əhalisi 1948-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir.

İstinadlar

Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri