Viktor Çernomırdin (; 9 aprel 1938 – 3 noyabr 2010) — Rusiya siyasətçisi, Rusiyanın baş naziri (1992–1998), bu ölkənin Ukraynadakı səfiri (2001–2009).
Həyatı 1992-ci ilin mayından 1998-ci ilə qədər Rusiya Federasiyasının baş naziri olmuşdur, 2001-ci ildən 2009-cu ilədək Rusiyanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri olub. Lissabon sammitində Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri olmuşdur. O, ömrünün son vaxtlarında Rusiya prezidentinin MDB-də iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. 3 noyabr 2010-cu ildə Moskvada vəfat edib.
İstinadlar
Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Rusiya baş nazirləri Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Rusiyanın Ukraynadakı səfirləri Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:RSFSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Rusiya memuarçıları