— əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ərazisinə və əhalisinə görə ən kiçik regionu. O, dörd prefekturadan ibarətdir: Tokuşima, Kaqava, Ehime və Koçi
Adı regionun adı onun ibarət olduğu dörd perefekturası ilə bağlıdır. Eyni zamanda, bu Ölüm yeri kimi də oxuna bilər. Bu oxunuşun isə regionda olan ibadətçilik adəti ilə bağlantısı var.
Coğrafiya
Şikoku regionu Yaponiyanın əsas dörd adasından ən balacası olan Şikoku adasından və onun ətrafında olan küçük adacıqlardan ibarətdir. Onun Yaponiyanın başqa heç regionu ilə torpaq sərhədi yoxdur: şimal-şərqdə onu Kansai regionu ilə Naruto boğazı, şimalda Çuqoku regionu ilə Daxili Yapon dənizi, qərbdə isə əsas hissəsi Kyuşu adasında yerləşən eyniadlı region ilə Hoyo boğazı ilə Bunqo kanalı ayırır.
1988-ci ildən öncə Şikokunu Honşu ilə birləşdirən bir körpü yox idi. Beləliklə, bundan əvvəl region təcridedilmiş idi və ona ancaq gəmi vasitəsilə çatmaq olar idi.
Dağlar İşizuçi dağı Sanuki dağları
Çaylar Yoşino river Naka çayı Doki çayı Şigenobu çayı Hici çayı Monobe çayı Niyodo çayı Şimanto çayı
Parklar Setonaikai Milli Parkı Aşizuri-Uvaki Milli Parkı Otaki-Okava Prefekturalı Təbii Parkı
Əhali Regionun cənub hissəsi dağlı olduğuna görə, əhalinin çoxu onun şimal hissəsində yaşayır.
İqtisadiyyat Şikoku regionun iqtisadiyyatın əsas bölmələri balıqçılıq və kənd təsərrüfatıdır. Burada ağac, kağız və kimyəvi kimi senayələr və bundan əlavə, kənd təsərrüfatında yemək, içki, tütün və heyvan yeməyi bölmələri inkişaf etmişdilər.
Şikoku ibadətçiliyi buddizmin şinqon əqidəsinə aid olan ziyarətçilərin elədiyi dini adətidir. Bu adət Şikokuda yerləşən 88 buddist məbədlərin ziyarətindən ibarətdir. Hər il 150 minə yaxın adam Şikoku ibadətçiliyə gedir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yapon arxipelaqı Kateqoriya:Ehime prefekturasının adaları Kateqoriya:Kaqava prefekturasının adaları Kateqoriya:Koçi prefekturasının adaları Kateqoriya:Tokuşima prefekturasının adaları Kateqoriya:Asiya regionları