Şeyx Məhəmməd bin Sani Al Samir (; tam adı: Məhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğluBuyers, Christopher. "Royal Ark: The Al Thani Dynasty (page 2)" İstifadə tarixi:2015-11-13 "Shaikh Mohamed Bin Thani :: Amiri Diwan" İstifadə tarixi:2015-11-13.

Həyatı Şeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub. Onun digər qardaşıları bunlardır: Şeyx Samir bin Sani bin Məhəmməd Al Samir Şeyx Eyd bin Sani bin Məhəmməd Al Samir Şeyx Əli bin Sani bin Məhəmməd Al Samir Şeyx Əhməd bin Sani bin Məhhəmməd Al Samir

Uzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi "Line of succession: The Al Thani rule in Qatar" İstifadə tarixi:2015-11-13. 1851-ci ildə Səudiyyə Ərəbistanının ikinci əmiri Feysəl bin Türki ilə ittifaqa girərək hakimiyyətini mövqeyini birazda möhkənləndirdi.

Onun atası 1860-cı ildə vəfat edir. 1860-cı illərə qədər Şeyx Məhəmməd Fars körfəzi ölkələrinin ən mühüm dövlət məmuru kimi formalaşdı. O, 1876-cı ilə qədər hakimiyyətdə qaldı. Ölümündən sonra yerinə vəliəhdi Şeyx Casim bin Məhəmməd Al Sani keçdi.

Ailəsi Şeyx Məhəmməd bin Saninin altı oğlan və ikisi oğlan olmaqla 8 övladı vardı. Şeyx Casim bin Məhəmməd Al Sani. Şeyx Məhəmmədin vəliəhdi və 1876-cı ildən 1913-cü ilə qədər hakimiyyətdə olmuş Qətər əmiri Şeyx Əhməd bin Məhəmməd Al Sani. Doha şeyxi Şeyx Fahad bin Məhəmməd Al Sani. Şeyx Yabor bin Məhəmməd Al Sani Şeyx Samir bin Məhəmməd Al Sani

Həmçinin bax Al Sani sülaləsi Casim bin Məhəmməd Al Sani Əhməd bin Məhəmməd Al Sani

İstinadlar

Kateqoriya:Al Sani sülaləsi Kateqoriya:Qətər əmirləri Kateqoriya:Qətərdə doğulanlar Kateqoriya:Dohada vəfat edənlər Kateqoriya:XIX əsr siyasətçiləri