Sintiya Lennon (), doğularkən Sintiya Pauell Lennon (); 10 sentyabr 1939, Lankaşir, İngiltərə — 1 aprel 2015, Malyorka, İspaniya) — musiqiçi Con Lennonun birinci arvadı. Sintiya və Con Liverpul İncəsənət Kollecində tanış olmuşdular. Onlar hələ "bitlomaniya"dan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Culian dünyaya gəlib. 8 noyabr 1968-ildə Condan boşanıb. Conla boşandıqdan sonra üç dəfə ailə həyatı qurub.

Sintiya Lennon 75 yaşında yaşadığı Malyorkada xərçəng xəstəliyi səbəbindən vəfat edib.

İstinadlar

Xarici keçidlər Memorial Page Living with Lennon

Həmçinin bax Yoko Ono

Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Con Lennon Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:İspaniyada vəfat edənlər Kateqoriya:Birləşmiş Krallığın qadın yazıçıları Kateqoriya:Böyük Britaniya esseistləri