Kumandılar (özlərini къуманды, къубанды, къуўанды, къувандыг adlandırırlar) — türk xalqı. Xalq olaraq, Rusiyanın Altay diyarı, Altay Respublikası və Kemerovo vilayəti ərazisində geniş yayılmışlar.
Tarixi 2002-ci ildə Kumandılar müstəqil xalq olaraq qeydə alınmışdır. 1926-cı ildə RSFSR dönəmində aparılan siyahıya alınma zamanı burada cəmi 6327 Kumandı aşkarlanmışdır. Onların hamısı Sibir diyarı ərazisində yaşayırdılar. Onlar əsasən Biyski dairəsində 4948 nəfər, Oyrat muxtar vilayətində isə 1384 nəfər təşkil edirdi. Bu siyahıya alınma zamanı onlar Altaylılara aid bir qrup hesab edilirdi.
2000-ci ildə Rusiya hökuməti tərəfinfən Kumandılar 24 mart № 255 qərarla Rusiya ərazisində yaşayan köklü xalq olduğu təstiqlənir. Genetikası Xromosonları: Y-xromoson. Subpapulyasiyası isə R1b-M73 (49%) mutansiyasına aid edilir. Bundan əlavə R1a, N1b və N1c qrupları müəyyən edilmişdirБалаганская О.А. Полиморфизм Y-хромосомы у тюркоязычного населения Алтая, Саян, Тянь-Шаня и Памира в контексте взаимодействия генофондов Западной и Восточной Евразии // Автореферат кандидатской диссертации по биологическим наукам. М., МГНЦ РАМН, 2011, С.10..
Sayları 2002-ci ildə aparılan siyahıya alınma görə sayları: Altay diyarı (Biya çayı hövzəsi: Biya rayonu, Krasnoqorski rayonu, Soltonski rayonu) — 1663 nəfər; Altay Respublikası (Turoçak rayonu) — 931 nəfər; Kemerovo vilayəti — 294 nəfər; Rusiyanın digər ərazilərində — 226 nəfər. Bütün Rusiyada — 3114 nəfər.
Yaşayış yerlərinə görə yerləşmələri:http://std.gmcrosstata.ru/webapi/opendatabase?id=vpn2002_pert База микроданных Всероссийской переписи населения 2002 года
Altay diyarı:
Biysk şəhəri: 658 nəf.;
Krasnoqorskoye kəndi: 217 nəf.;
Solton kəndi: 136 nəf.
Altay Respublikası:
Qorno-Altaysk: 438 nəf.
Dilləri Kumandin dili Altay dil ailəsinin Türk qrupuna aid edilir. Bu dil Şimali-Altay dillərinə daxildir. Bəziləri isə bu dili Şimali-Altay dillərinin bir dialekti hesab edirlər. Rəsmi olaraq Kimandılar və onların dili müstəqil dil, xalq olaraq tanınmışdır. Bəzi alimlər isə onları Altaylılara aid edərək altaylıların formalaşmasında iştirak edən etnos, dillərini isə dialekt hesab edirlərBaskakov N.А. Türk dilləri, М., 1960, 2006
İcma 1990-ci illərdə kumandılar müstəqil xalq olması təstiqləndikdən sonra milli ərazi icmaları yaradılır. Bunlara misal kimi Krasoqorski və Solton rayonunda Şatobalski milli kənd sovetləri yaradılır. 1999-ci ildə Qorno-Altaysk şəhərində «Kumandılr xalqının dirçəlişi» adlı ictimai hərəkat başlayır.
Altay diyarı ərazisində «İstok» (Biysk) və «Kаrdаş» (Barnaul) icmaları yaradılır. Buna baxmayaraq bütün Kumandılar bir təşkilatda birləşməmişlər. Xalqın yox olma təhlükəsi yüksəkdir. 2007-ci ildə Qorno-Altayskda «Şimali Altay xalqlarının mədəniyyəti» adlı konfrans keçirilmişdir.
İstinadlar
Mənbə Kumandılar. Altayın xalqı Kumandıların ov əfsanələri Кумандинцы: результаты социолого-лингвистического обследования Kumandınlar
Ədəbiyyat Кумандинцы // Сибирь. Атлас Азиатской России. — М.: Топ-книга, Феория, Дизайн. Информация. Картография, 2007. — 664 с. — ISBN 5-287-00413-3. Кумандинцы // Народы России. Атлас культур и религий. — М.: Дизайн. Информация. Картография, 2010. — 320 с. — ISBN 978-5-287-00718-8.
Xarici keçidlər
Kateqoriya:Türk xalqları Kateqoriya:Rusiya əhalisi Kateqoriya:Etnik qruplar Kateqoriya:Etnik azlıqlar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Atlı xalqlar