Bentem sultanlığı — Yava adasının şimal-qərbində iqtidarda olan qədim bir İslam dövləti.
Tarixi Öncələri Bentem, Yava adasının iç bölgəsində hökm sürən Hindu-Budist Pajajaran dövlətinə bağlı bir hakim tərəfindən idarə edilirdi. Bu durum, Yavanın şimal sahillərində olan Demak İslam dövlətinə bağlı bir əsgər və hakim olan Sunan Gunung Jatinin (ö. 1552) Qərbi Yavada ticari və strateji bir mərkəz qurmaq üçün hərəkətə keçməsinə qədər davam etdi. Şeyx İbn Mövlanə deyə də tanınan Jati 1522-ci ildə Bentemdən Pajajaran dövlətinin hakimini qovarak bölgəni ələ keçirdi. Onun ölümünə qədər Bentem Demak sultanlığına bağlı qaldı. Ardından taxta keçən oğlu Həssənəddin (1552–1570) Demak sultanlığından ayrılaraq Bentemi müxtəlif bir dövlət halına gətirdi. Həssənəddin zamanında Bentemin sərhəd-sınırları, Cənubi Sumatrada qara bibərin hazırlandığı Lumbang bölgəsinə qədər genişlədi. Bundan dolayı Bentem şəhəri bir qara bibər anbarı halına gəldi və Yava adasının ixracat limanlarından biri oldu. Bentemin ikinci hökmdarı Pangeran Yusuf (1570–1580) Pajajaranı ələ keçirip Yavadakı son Hindu-Budist dövlətini yıxdı və ölkəsinin sərhəd-sınırlarını daha da genişlətdi. Bu dövlətin ortadan qalxmasıyla İslamiyət Yavanın iç bölgələrinə qədər yayıldı.Şahid Hüseyn Rezaki, İndonisya, Lahor, 1974, s. 54–55.
1511-ci ildə Malakanın, portuqaliyalılar tərəfindən alınmasından sonra Asiyalılar üçün ticari önəmini itirməsi üzərinə Bentem başlıca ticarət mərkəzi halına gəldi. Bu durum Avropalı müstəmləkəçi dövlətlərin diqqətini çəkdi və ölkə öncə portuqaliyalılar, ardından hollandlar tərəfindən işğal edilmək istənildi.L. E. Williams, South-East Asia A History, New York 1976, s. 74–76. Qarşılarında güclü bir dövlət və ədviyyatla digər məhəlli mahsullərin satıldığı zəngin bir bazar tapan hollandlar, 1603-cü ildə burada Vereenigde Oast Indische Compagnienin ilk daimi ticarət mərkəzini açdılar. 1619-cu ildə Yava adasında Bataia (Cakarta) şəhərini quran hollandlar buradan bütün adanı hakimiyətləri altına almağa təşəbbüs edincə Bentem dövləti onlara qarşı ciddi şəkildə dirənməyə başladı. Bu üzdən Vereenigde Oast Indischə Compagnie ilə aralarında 1633–1639-cu illərdə bir sıra çatışma meydana gəldi; 1645-ci ildə də münasibətləri düzənləmək üçün bir andlaşma imzalandı. Bu andlaşmağı imzalayan Pangeran Ratu (Əbül-Məfaxir Mahmud Əbdülqadir, 1596–1651), 1638-ci ildə həcc ziyarəti üçün getdiyi Məkkədə Osmanlı dövlətindən rəsmən "sultan" ünvanını daşıma izni aldı; beləcə Ratu Yavada bu ünvanı işlədən ilk hakim oldu.Java (ed. P. Hutton), Singapore, 1978, s. 133–136.
Ratudan sonra başa keçən Əbül-Fəth Agung (1651–1683), 1656-cı ildə hollandlarla təkrar bir çatışmaya girdiysə də 1659-cu ildə yeni bir barış bağladı. Sultan Əbül-Fəth Agung dönəmində Bentem dövləti qızıl çağını yaşadı. Agung osmanlıların idarəsində olan Məkkə ilə davamlı təmas halında idi. Ölkəsini hollandlara qarşı qoruya bilmək üçün güclü bir donanma qurdu. Digər İslam dövlətləriylə sıx ticari əlaqələrə girdi və beləcə Hollandiyanın bölgədəki hakimiyətini təhdid etməyə başladı. Agungun bir planı da Osmanlı dövləti və İngiltərə ilə bir pakt qurub Hollandiyaya qarşı daha aktiv bir tövr almaq idi. Ancaq bütün planlar oğlu Prins Hacı ilə arasında çıxan anlaşmazlık səbəbiylə pozuldu. Saray, bu anlaşmazlıqda Hollandiyanın dəstəyini qazanmağa çalışan Prins Hacının baş qaldırmasıyla (1682–1687) ikiyə ayrıldı. Agung bu durum qarşısında ölkəni tərk etdi və oğlu Prins Hacı sultan oldu. Ancaq atasına qarşı apardığı mübarizə sırasında onlardan yardım istəməsini fürsət bilən hollandalar Bentem sultanlığını öz idarələrinə bağladılar (1682).Theodore G. Th. Pigeaud — H. J. De Graaf, Islamic States in Java, 1500–1700, The Hogue 1976, s. 12–13.
Bentem sultanlığı bundan sonra uzun bir müddət Hollandiya hakimiyətində qaldı. XVIII əsrin ortalarında Sultan Zeynal Arifin (1733–1748), bir saray intriqası sonunda arvadı Ratu Şərifə ilə iş birliyi quran hollandlar tərəfindən tutulub sürgünə göndərildi. Fəqət arxasından Ratu Şərifə hakimiyyətinə qarşı bir çox çıxış baş göstərdi və 1750-ci ildə bir din aliminin başlatdığı üsyan, ancaq hollandlar tərəfindən Ratu Şərifənin hakimiyyətdən uzaqlaşdırılmasıyla yatırıla bildi.
Ölkəni 1813-cü ildə ingilislər ələ keçirdilərsə də, 1816-cı ildə təkrar Hollandiyaya verdilər. 1836-cı ildən etibarən Hollandiya müstəmləkəçiliyinə qarşı bir çox üsyan meydana gəldi. 1840-cı ildə üsyanın ardından son Bentem sultanını qovan hollandlar, ölkəni bir başa idarə etdikləri bir müstəmləkə halına gətirdilər (1843).İkhtisar Keadaan Politik Hindia-Belanda Tahun 1839–1848 (ed. S. Kartodirdjo), Jakarta, 1973, s. XV–XVI;
II Dünya savaşında yapon işğalına qədər hollandların müstəmləkə olan Bentem, yaponların çəkilməsindən sonra (1945) müstəqilliyini elan ədən İndoneziyanın sərhəd-sınırları içində qaldı.
Sultanları Bentem sultanları Hökmranlıq illəri Sunan Gunungjati 1526–1552 Maulana Hasanudin – Panembahan Surosowan 1552–1570 Maulana Yusuf – Panembahan Pakalangan Gedé 1570–1580 Maulana Muhammad – Pangeran Ratu Ing Banten 1580–1596 Pangeran Ratu – Abdul Kadir Kenari 1596–1651 Ageng Tirtayasa – Abul Fath Abdul Fattah 1651–1683 Abu Nasr Abdul Kahhar – Sultan Haji 1682–1687 Abdul Fadhl 1687–1690 Abul Mahasin Zainul Abidin 1690–1733 Muhammad Wasi Zainifin 1733–1750 Muhammad Syifa 1750–1752 Syarifuddin Artu Wakilul Alimin 1752–1753 Muhammad Arif Zainul Asyikin 1753–1773 Abul Mafakir Muhammad Aliyuddin 1773–1799 Muhyiddin Zainush Sholihin 1799–1801 Muhammad Ishaq Zainul Muttaqin 1801–1802 Wakil Pangeran Natawijaya 1802–1803 Aliyuddin II 1803–1808 Wakil Pangeran Suramanggala 1808–1809 Muhammad Syafiuddin 1809–1813 Muhammad Rafiuddin 1813–1820
Ədəbiyyat A. W. Nieuwenhuis, "Bantam", İAA, II, 304–306.
İstinadlar
Kateqoriya:Sultanlıqlar Kateqoriya:İndoneziya tarixi Kateqoriya:1526-cı ildə yarananlar Kateqoriya:1813-cü ildə ləğv olunanlar Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Orta əsrlərin tarixi dövlətləri