Aşnak, ƏşnəkNazir Əhmədli. "İrəvan əyalətinin kameral təsviri (1831-ci il). V cild. Bakı, "SkyE", 2022. səh.249." — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.85, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.303 qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.294.
Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir.
Toponim aşina //aşna türk etnoniminəQumilyev L.N. Qədim türklər (tərcümə edənlər: V.Quliyev, V.Həbiboğlu), Bakı, «Gənclik», 1993. s.30Əбдирахианов A. Kaзaкcтaн этнотопонимикасы (зерттелу тарихынан), Aлматы, «Fылым», 1979. s. 16-20 cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 363 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 744 nəfər, 1904 - cü ildə 477 nəfər, 1914 - cü ildə 507 nəfər, 1916-cı ildə 806 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34-35, 116-117.
Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından deportasiya olunmuşdur. Bura 1914-20-cı illərdə Türkiyənin Sasun vilayətindəki Pirşen, Mşkeğ, Salvorik, Mkdenk, Crdnik, Kaşrenk, Cam, Nadopa, Blrenk, Talhor, Qomk, Xablzoq, Xarver, Qoşa, Tği, Areqdem kəndlərindən köçürülən ermənilər yerləşdirilir.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdır erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.117. Onlar 1924-25-cı illərdə sıxışdırılaraq kənddən qovulmuşdur.
Lakin tarixi faktlar erməni mənbələrində saxtalaşdırılaraq təhrif edilir. «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə göstərilir ki, Aşnak kəndində 1831-ci ildə 62, 1873 - cü ildə 363 nəfər erməni yaşamışdır.
Halbuki bu illərdə kənddə ermənilər yox, təkcə azərbaycanlılar yaşamışdılarerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.116.
İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Talin kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri