Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
Tarixi Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.202 qeyd edilmişdir.
Toponimi Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır. 1828–1832-ci illərdə kəndin əhalisi qovulmuşdur. Sonra əhalinin bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1918-ci ildə kəndin əhalisi yenidən məskunlaşmışdır. 1918-ci ildə kəndin əhalisi yenidən qovulmuş və 1915–1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd ermənicə Areq adlandrılmışdır. Kənd oradakı "Pirmələk" pirinin adı iləç adlanmışdır.
Əhalisi Kənddə 1873-cü ildə 91 nəfər, 1897-ci ildə 329 nəfər, 1908-ci ildə 164 nəfər, 1914-cü ildə 176 nəfər, 1916-cı ildə 404 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.36–37, 118–119, 1918-ci ilin yanvarında 261 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219 azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdurИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219 . 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır.
İstinadlar
Xarici keçidlər
Kiesling, Rediscoving Armenia, p. 20, available online at the US embassy to Armenia's website
Kateqoriya:Talin kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri