“Əbədi həyat fontanı” () həmçinin “Müharibə Memorial Fontanı” () və “Müharibə alovları içərisindən yüksələn sülh” () abidəsi kimi də tanınan, ABŞ-nin Ohayo ştatının Klivlend şəhərinin mərkəzində yerləşən heykəl və fontandır. 30 may 1964-cü ildə açılışı olmuş abidənin müəllifi Klivlend incəsənət İnstitutunun yetirməsi olan heykəltaraş Marşal Frederiksdir. Müharibə zamanı orduda xidmət etmiş, həlak olmuş və ya itkin elan edilmiş Böyük Klivlendlilərin şərəfinə ucaldılmış abidə Klivlend Mall parkı ərazisində yerləşən “Veterans' Memorial Plaza” binasının qarşısında ucalır."GCVM History and Mission" , The Greater Cleveland Veterans Memorial. Accessed 3 dekabr 2015.

Tarixi

Fontan “Cleveland Press” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə, müxtəlif vətəndaşlar, şirkətlər və təşkilatlardan toplanmış $250,000 hesabına ucaldılmışdır. Kompleksin mərkəzində yerləşən 11 metrlik (35 ft) bürünc insan fiquru müharibə alovunu qaçıraraq əbədi sülh üçün səmaya ucalır. Heykəlin təməlində dayanan bürünc sfera yer kürəsini təmsil edir. Coğrafi sivilizasiyaları təmsil edən dörd qranit qabartma sferanın ətrafında yerləşdirilib. Hövzədən 14 m (46 ft) hündürlüyə yüksələn mərkəzi fiquru abidənin müəllifi olan heykəltaraş Frederiks belə təsvir edir:

Fəvvarəni əhatə edən qranit lent üzərində çəkilmiş bürünc lövhə üzərində 1899-cu ildən 2014-cü ilə kimi müharibədə həlak olmuş 115 Böyük Klivlendlinin adı həkk edilmişdir. Onların arasında İspan-ABŞ müharibəsi, Birinci Dünya müharibəsi, IBirinci Dünya müharibəsi, Koreya müharibəsi, Vyetnam müharibəsi, Körfəz müharibəsi və İraq müharibəsində həlak olmuş ABŞ hərbiçilərinin adları var. Bu adlar Böyük Klivlend Veteranları Memorial Zalında da yad edilir."The GCVM Honor Roll" , The Greater Cleveland Veterans Memorial. Accessed 8 dekabr 2015

İthaf

1964-cü ildə ilk dəfə açılışı zamanı abidə üzərində 4155 ad var idi. Bunlar İkinci Dünya müharibəsi və Koreya müharibəsi zamanı həlak olmuş amerikaların adları idi. Yaxınlıqda Key tauerin inşası ilə əlaqədar olaraq yeraltı avtomobil dayanacağının inşası zamanı abidədə əsaslı yenidənqurma işləri aparılmış və 1991-ci ilin Veteranlar günündə abidənin yenidən açılışı olmuşdur."All About Cleveland!, Memorial Plaza" , The Ohio College of Podiatric Medicine. İstifadə tarixi:8 dekabr 2015. 2004-cü ildə abidəyə 1361 ad da əlavə edilmişdir ki, bunlar da İspan-ABŞ müharibəsi, Birinci Dünya müharibəsi, Vyetnam müharibəsi və İraq müharibəsində həlak olmuş Böyük Klivlendlilərin adları idi. Bu rəqəmə İkinci Dünya müharibəsi və Koreya müharibəsində həlak olmasları sonradan müəyyən edilmiş şəxslərin adları da daxil idi. 25 iyul 2014-cü ildə abidəyə daha 42 nəfərin adı əlavə edilmişdir ki, bunlardan da 33 nəfəri İraq müharibəsi, yerdə qalanları isə Vyetnam, Koreya və İkinci Dünya müharibəsində vəfat edənlərin adları idi."Pride and pain mark re-dedication of Greater Cleveland Veterans Memorial" , Cleveland.com. İstifadə tarixi:8 dekabr 2015

İstinadlar

Xarici keçidlər Böyük Klivlend Veteranlar Memorialının saytı

Kateqoriya:1964-cü ilin heykəlləri Kateqoriya:Klivlenddə (Ohayo) mədəniyyət Kateqoriya:Klivlendin (Ohayo) görməli yerləri Kateqoriya:ABŞ tunc heykəlləri