Hidetada Yamaqişi və ya qısaca "Hide" (; d. 30 iyun 1973, Obihiro, Hokkaydo, Yaponiya) — İlk yaponiyalı Pro-bodibilder.
Həyatı Hidetada Yamaqişi 30 iyun 1973-cü ildə Hokkaydo adasında yerləşən Obihiro şəhərində anadan olmuşdur.
Hələ Hokkaydo Sapporo Asahiqakkou məktəbində oxuduğu vaxtlar futbol, gimnastika, reqbi, cüdo və ağır atletika ilə məşğul olub. Vaseda Universitetində təhsil aldığı müddətdə isə, ağır atletika ilə daha ciddi məşğul olub. İdmanla ciddi məşğul olduğunun 2-ci ilində dövlət universitetləri arasında keçirilən yarışda I yeri tutub və bu adı növbəti ildə də özündə saxlayıb.
Universiteti bitirdikdən sonra da yarışlarda iştirak etməyə davam edib. Eyni zamanda, fərdi məşqçi olaraq işləyib. Nəzərə alsaq ki, o vaxtlar məşqçilər yox deyəcək dərəcədə az idi və o, ilklərdən sayılır.
2001-ci ildə Asiya Bodibildinq yarışlarında birincilik əldə etdikdən sonra Pro (peşəkar) kartı almağa qərar verir. Bu sahədə mütəxəssis olan insanlar ona bu addımı atmamağı məsləhət görürlər, çünki yaponlar, ümumiyyətlə asiyalıların üst dərəcəyə çıxa bilməyəcəyini düşünürdülər. Doğrudan da ilk illər çox çətin keçir. O, ən kiçik yarışlarda belə 15-liyə düşə bilmir. Nəhayət, 2006-cı ildə Holland GrandPrix şouda 4-cü yeri tutur.
O, 2007-ci ildə Mr.Olimpia bodibildinq yarışlarında iştirak edən, bununla yanaşı, Arnold Klassik yarışına dəvət alan ilk peşəkar yaponiyalı bodibilder olur.
"Weekly Playboy", "Tarzan" və "İronman Japan" kimi bir sıra idman jurnallarının üz qabığı olub. Fuci Televiziyasında tez-tez şərhçi olaraq işləyir. Bundan başqa, öz məşq sistemini izah etdiyi (daha sonra onlar "Döyüşçünün savaşı" (ingiliscədə "A Warrior’s Fight") adlanıb) DVD videolarını çıxarıb.
2008-ci ilin yanvar ayında Amerikanın Kaliforniya ştatında üzərində steroid olması (paylanması ehtimalı da mümkündür) ilə əlaqədar olaraq, həbs edilib lakin 15 fevral 2008-ci il tarixində bütün ittihamlardan azad edilib.
Evlidir, həm Amerika Birləşmiş Ştatlarında, həm də Yaponiyada yaşayır. İdman Qidalanma Elmi üzrə doktorantura dərəcəsi və Akapunktura Müalicəsi etmək sertifikatına sahibdir.
iştirak etdiyi yarışlar İllər üzrə iştirak etdiyi yarışlar və tutduğu yerlərin siyahısı: 2005-ci il IFBB, iştirak edib.
2006-cı il IFBB Grand Prix Austria, 12-ci yer IFBB Grand Prix Holland, 4-cü yer IFBB Grand Prix Romania, 6-cı yer IFBB Ironman Pro Invitational, iştirak edib yer tutmayıb IFBB San Francisco Pro Invitational, 11-ci yer IFBB Santa Susanna Pro, 12-ci yer
2007-cı il IFBB Ironman Pro Invitational, 7-ci yer IFBB Arnold Classic, 13-cü yer IFBB Atlantic City Pro, 9-cu yer IFBB Olympia, 13-cü yer IFBB Grand Prix Australia, 5-ci yer IFBB Sacramento Pro Championships, 3-cü yer
2008-cı il IFBB Atlantic City Pro, 9-cu yer
2009-cı il IFBB Ironman Pro Invitational, 4-cü yer IFBB Europa Show of Champions, 2-ci yer IFBB Olympia, 9-cu yer
2010-cı il IFBB Olympia, 10-cu yer Arnold Classic - IFBB, 8-ci yer New York Pro Championships - IFBB, Açıq, 2-ci yer Europa show of Champions - IFBB, Açıq, 1-ci yer Orlando Show of Champions - IFBB, Açıq, 10-cu yer Phoenix Pro - IFBB, Açıq, 2-ci yer
2011-cı il IFBB Phoenix Pro, 2-ci yer IFBB Pro Bodybuilding Weekly Championships (a.k.a. Tampa Pro), 2-ci yer IFBB Mr.Olympia, 10-cu yer
2012-cı il NPC Lansing Grand Prix, yer tutmayıb IFBB PBW Tampa Pro, 3-cü yer IFBB Dallas Europa Supershow, 2-ci yer IFBB Olympia Weekend, 15-ci yer IFBB Arnold Classic Europe, 12-ci yer IFBB British Grand Prix, 8-ci yer
2013-cı il IFBB Arnold Classic, 5-ci yer
2014-cı il IFBB Arnold Classic 212 category, 4-cü yer
Mənbə Qabil Əli. İlk yaponiyalı Pro bodibilder. yapon.az, 28.10.2014
İstinadlar
Xarici keçidlər Hidetada Yamagishi interview with evolutionofbodybuilding.net
Kateqoriya:Hokkaydoda doğulanlar Kateqoriya:Yaponlar Kateqoriya:Vaseda Universitetinin məzunları Kateqoriya:Yaponiya YouTuberləri