Qaradağlı (digər tarixi adı Kolbasan; kəndin yerləşdiyi yerin tarixi adı Soltanqobu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. (Ağdamda başqa (Qasımlı) inzibati ərazi dairsində daha bir eyni adlı kənd mövcuddur).

Bu kənd Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsinin mərkəzidir.

Toponimikası Qaradağlı Ağdam rayonunun Xaçın nahiyəsində kənd adı. Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir. Bundan başqa, Ağdam rayonunda Qasımlı kənd inzibati ərazi dairəsində də başqa bir "Qaradağlı kəndi" mövcuddur.

XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır. Bu kənd "Soltan qobu" adlı yerdə qaradağlı tayfasına mənsub yeddi ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bu kəndin digər tarixi adı da Kolbasan olub.http://modern.az/az/news/26050#gsc.tab=0

XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı.B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005

Tarixi Ağdamın Qaradağlı kəndləri barədə Rusiya İmperiyasının yazılı mənbələri XX əsrə aiddir. Belə ki, Yelizavetpol quberniyasının 1913-cü il tarixli inzibati-ərazibölgüsü kitabında bu Qaradağlı kəndi (Ağdam ərazisində müxtəlif inzibati ərazi dairələrində yerləşən bir neçə "Qaradağlı" adlı kənd var) Şuşa qəzasının Zəngişalı kənd icmasına aid edilib.

Azərbaycan SSR-in 1926-ci il tarixli inzibati-ərazi bölgüsünə əsasən bu Qaradağlı kəndi Ağdam qəzasının Xındırıstan dairəsinə aid edilibНаселение Геокчайского уезда на 1926 года ..

1929-cu il inzibati-ərazi islahatında Ağdamın bu Qaradağlı kəndində Qaradağlı Kənd Şurası (Sovetliyi) yaradılıb.

1961 - 1977-ci illərdə də Qaradağlı kəndi həmin kənd Sovetliyində olub .

Qaradağlı kəndinin sakinləri Birinci Qarabağ Müharibəsində aktiv iştirak ediblər.

Qaradağlı kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 18 dekabr 1990-cı ildə erməni yaraqlıları tərəfindən Ağdam rayonunun Qaradağlı kəndinə silahlı basqın edilmiş, nəticədə milis nəfəri Q.Cəfərov ağır yaralanmışdır. 13 dekabr 1991-ci ildə erməni yaraqlıları Ağdam rayonunun Qaradağlı kəndini avtomat və pulemyotlardan atəşə tutmuş, nəticədə kənd sakini, 1966-cı il təvəllüdlü E.Süleymanov ağır yaralanmışdır.Dağlıq Qarabağ: hadisələrin xronikası 1999-cu ildə Qaradağlı kəndi ərazisində bələdiyyə təşkil edilib. 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Qaradağlı kəndi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub.Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Qaradağlı kəndi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub.Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2020-ci ildə kənd və kəndin məktəbi bombalanıb. Nəticədə kəndin sakini İ.Coşqun və E.Elməddin şəhid olmuşdur. 07.12.1999-cu il tarixli 71-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əsasən Kənd ərazisində Ağdam rayonunun Qaradağlı bələdiyyəsi təşkil edilmişdir.

Coğrafiyası və iqlimi Ağdam rayon mərkəzindən 15 km şimalda, Qarqar çayından 3 km aralı, Ağdam-Ağcabədi şosesi yolu kənarında, Qarabağ düzündədir.

Küçələri Göyüşdü Güllər Ağaməmmədli Əhmədli Muradlı Məşədi Qasımlı Mirzəxanlı Bağırlı Qovuqıraxlı

Əhalisi 1977-ci ilin məlumatına görə kəndin 1559 nəfər əhalisi olmuşdur. 2018 ilin məlumatına görə Qaradağlı sovetliyində 6818 nəfər əhali qeydiyyatda olmuşdur. Ağdam şəhəri işğal olunandan sonra, Qaradağlı kəndində çoxlu qaçqın məskunlaşıb.

Təhsili Kəndin tam orta məktəbi, musiqi məktəbi,uşaq bağçası var.

Muzeyi Kəndin tarix diyarşünaslıq muzeyi vardır.

İqtisadiyyatı Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur.

Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib

Şəxsiyyətləri Hüseynqulu Ağaməmmədov — kəndin ilk ziyalısı. Məmməd Məmmədov — Sosialist əməyi qəhrəmanıHüseynqulu Ağaməmmədov. Muxtar Məmmədov — Sosialist əməyi qəhrəmanı. Turab Məmmədov — Sosialist əməyi qəhrəmanı. Sürəyya Kərimova — Sosialist əməyi qəhrəmanı. Vəli Məmmədov — filologiya elmləri namizədi, dosent. Novruz Allahverdiyev — texnika elmləri namizədi, professor. Yaqub Əhmədov — kənd təsərrüfatı elmləri namizədi, xeyriyyəçi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı. Məhiş Əhmədov — iqtisad elmlər doktoru, professor, əməkdar elm xadimi, Şöhrət ordeni mükafafcısı

Kəndin şəxsiyyətlərinin şəkilləri

Həmçinin bax Ağdam rayonunun Qaradağlı bələdiyyəsi

İstinadlar

Mənbə Azərbaycan Sovet Ensiklopediyası. III cild. Bakı, 1979 Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001

Xarici keçidlər

http://azpress.az/index.php/index.php?lang=az&sectionid=news&id=13954 http://www.agdam-ih.gov.az/page/15.html

Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Qaradağlı (Qaradağlı, Ağdam)