Andaman adaları () — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir.

Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır.

Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hazırda 100,608 nəfər yaşayır.

Tarixi 1789-ci ildə Andaman adaları başda ingilis leytenantı Arçibald Bler tərəfindən işğal edilir. Ancaq koloniyaçılar bölgədə möhkəmlənməyə çətinlik çəkirdilər. Yerli əhali tərəfindən təşkil etdilən üsyanların ardı aradı kəsilmirdi. 1858 - 1952 illərdə britaniyalılar tərəfinfən adalara Hindistandan məhbuslar gətirilirdi.

Əhalisi left|thumb|200px|Yerli Andamanlılar. 1875 il Andamanlılara doqquz xalq daxildir: Oqnelər, Caravalar, Setinellər və digərləri Sentinellər hər zaman gizlənirlər, heç kəslə əlaqə qurmaq istəmirlər. Bu səbəbdən onların dəqiq sayları bilinmir. Digər qəbilələrdə isə hərəsində 52 nəfəri keçmir. 2010-cı ilin fevralında Bo adlı xalqın son nümayədəsi vəfat etmişdirBBC News — Last speaker of ancient language of Bo dies in India . XX əsrin əvvəllərində adalarda 5000 aborigen yaşayırdı. Onları dil, mədəni və etnik bağlılıq əlaqələndirirdi. Onlar hər zaman yığıçılıq və ovçuluqla məğul olmuşlar. Antropoloji baxımdan Neqoroid irqinə mənsubdurlar. Cənubi Asiyanın qədim xalqlarıdırlar. Genetik araşdırmalar onu göstərmişdir ki, onlar Afrikadan gəlmədirlər. Onların bölgəyə gəlməsi 70,000 -80,000 il öncəyə aid edilir. Yerli əhalinin böyük hissəsi koloniyalaşma nəticəsində həlak olmuşdur. Üstəlik ada həbs düşərgəsi olması ilə əlaqədar çinəyatkarlığın artmasına səbəb olurdu. Bölgənin təsərrüfata cəlb olunması yerli əhalinin həyat tərzinə mənfi təsir göstərirdi.

Hazırda adaların əhalisinin böyük əksəriyyəti Hindistandan gəlın imiqrantlar təşkil edir. 2004-ci ildə baş verən güclü zəlzələ və ardından olan sunamı ilə əlaqədar rəsmi məlumata görə 5 min insan həlak olmuşdur.

Andaman dilləri elə də böyük saya malik deyillər. Dünyanın digər dil ailələri ilə heç bir əlaqəsi yoxdur. Bu dillərdə ancaq bu adalarda danımışlar. Qədim Cənubi Asiya dillərinə aiddirlər. Bu dillərdə dabnışanların ümumi sayı 500 nəfər təşkil edir. Sayları getdikcə azalır. Bu dillərin yoxa çıxma ehtimalı yüksəkdir.

İqtisadiyyat Adalarda çay, manqo, çörək ağacı, kokos palması, yemiş kimi məhsullar yetişdirilir.

İstinadlar

Mənbə Andaman Holidays Travels Andaman Islands Andaman Tourism Site Beaches & Historical Monuments in Andaman Official Andaman and Nicobar Tourism Website Andaman Tourism (official site) Andaman Islands Tourism Andaman & Nicobar Islands: Tourism Portal Andaman & Nicobar Islands: Destination Guide Information Andaman & Nicobar Islands: Tourism Guide Andaman Islands-A Travelogue Andaman Excursion Andaman Experience Andaman and Nicobar Islands: Travel Information and Latest Updates Paradise Andaman Andaman Travel Guide Andaman Luxury Tour Packages

Kateqoriya:Hindistan adaları Kateqoriya:Cənub-Şərqi Asiya arxipelaqları Kateqoriya:Yerli xalqların yaşadıqları regionlar Kateqoriya:Hind okeanının adaları Kateqoriya:Andaman və Nikobar adaları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri