Kaftarlı - İrəvan quberniyasının Aleksandropol qəzasında. indiki Artik rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 6 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s. 136, Qafqazın 5 verstlık xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.124 qeyd edilmişdir.
Toponimi kaftarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
İndiki Ermənistanın Torpaq Komitəsinin 1924-cü il qərarı ilə kəndin adı dəyişişdirilib Panik qoyulmuşdur.
Əhalisi XIX əsrin əvvəllərinə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1800-1810-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1810-cu ildə Türkiyənin Alaşgert bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdirErmənistan Sovet Ensiklopediyası, XII c., İrəvan, 1986, s.306.
İstinadlar
Xarici keçidlər
World Gazeteer: Armenia – World-Gazetteer.com
Hakobyan, Tatul. A Visit to Panik: Armenia's Catholic Stronghold . Armenian Reporter. Retrieved November 15, 2012.
ԱՎԾ տվյալներ cfoa.am hayinfo.ru
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri