Kərimarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir.
Toponimi Toponim Kərim şəxs adı ilə arx sözünün əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sovetakan qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 311 nəfər, 1873-cü ildə 1215 nəfər, 1886-cı ildə 1357 nəfər, 1897-ci ildə 1474 nəfər, 1904-cü ildə 1700 nəfər, 1914-cü ildə 1802 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.64–65, 140–141, 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1919-cu ildə 1840 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s. 221 yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonunda azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdurИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.221. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 239 nəfər, 1926-cı ildə 303 nəfər, 1931-ci ildə 268 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
İstinadlar
Xarici keçidlər
World Gazeteer: Armenia – World-Gazetteer.com
Національна статистична служба Республіки Вірменія
Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri