"Bəstəkar Qara Qarayevin portreti" — Azərbaycan-sovet rəssamı, SSRİ xalq rəssamı Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmişdir. Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Rəsm əsərində məşhur sovet-azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev təsvir olunmuşdur.

1962-ci ildə Tahir Salahov, bu rəsm əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif edilmiş, 1968-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım".

Həmçinin bax Növbədən qayıdanlar Odlar Yurdu (triptix)

İstinadlar

Kateqoriya:Tahir Salahovun rəsm əsərləri Kateqoriya:1960-cı ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Tretyakov qalereyasında saxlanılan rəsm əsərləri Kateqoriya:Portretlər