Arktiçeski burnu - Komsomoles adasının ucqar şimal nöqtəsidir. Burun Şimal Torpağı arxipelaqının ən böyük adasında yerləşir. Burun 1913-ci ildə Boris Andreyeviç Vilkinski tərəfindən zabit olan Joxovun şərəfinə adlandırılır. 1931-ci ildə Şimal Torpağına Georgi Andreyeviç Uşakov və Nikolay Nikolayeviç Urvansevin rəhbərliyi ilə kartoqrafik ekspedisiya təşkil edilir. Bundan sonra burun Molotov burnu adlanır. 1950-ci illərdə Arktiçeski burnu adlandırılmışdır.

Burundan Şimal Qütbünə olan məsafə 990,7 km təşkil edir. Bu səbəbdən qütbə olan ekspedisiyaların bir çoxu buradan başlayır

Arkiçeski burnu Rusiyanın şimal qütbünə ən yaxın nöqtəsi deyildir. Bu adı Fliqeli burnu daşıyır. Burun Rudolf adasında yerləşir. Ada Frans-İosif Torpağının tərkibinə daxildir.

Arkiçeski burnu Kara dənizi ilə Laptevlər dənizi arasında sərhəddin başlanğıcını təşkil edir. Asiya qitəsinin adada yerləşən ucqar şimal nöqtəsidir.

İstinadlar

Kateqoriya:Rusiya burunları Kateqoriya:Şimal Buzlu okean burunları Kateqoriya:Kara dənizi burunları Kateqoriya:Laptevlər dənizi burunları Kateqoriya:Rusiyanın ucqar nöqtələri