Yekaterina Sarıyeva (d. 18 dekabr 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı yüngül atlet.

Karyerası Yekaterina Sarıyeva 2013-cü ildə Azərbaycan bayrağı altında III İslam Həmrəyliyi Oyunlarına qatıldı. Üçtəkanla tullanma yarışlarının final mərhələsində o, 13.28 metr nəticə ilə 1-ci yeri tutdu və III İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.

Yekaterina Sarıyeva 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Uzunluğa tullanma yarışlarının final mərhələsində o, 5.27 metr nəticə ilə 9-cu yeri tutdu. Üçtəkanla tullanma yarışlarının final mərhələsində isə o, 12.81 metr nəticə ilə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üç təkanla tullanma növündə bürünc medal qazandırıb

İstinadlar

Kateqoriya:2013 İslam Həmrəyliyi Oyunlarında atletlər Kateqoriya:2013 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2015 Avropa Oyunlarında atletlər Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında atletlər Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Atletika üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları