İşxan Əbu Əbdülmalik () — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941–957-ci illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və hakimi, eristavlar-eristavı qızı Dinarın oğlu idi.
Həyatı və siyasi fəaliyyəti X əsr erməni tarixçisi, katolikos yazır ki, Х əsrin 40-cı illərində Albaniyada
İşxanniki Stepannos Orbelean da "Albaniya hökmdarı" kimi tanıyır.
"Kartli salnaməsi"ə görə
İşxanın həm də "Əbu Əbdülmalik" adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941–957-ci illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş.
Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir.
Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir.
Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir.
"Kartli salnaməsi"nə görə gürcü çarı (1008–1014/15) (abxaz çarı II Baqrat (975–1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976–1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür.
Yuxarıda qeyd edildiyi kimi, çariça Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi.
Həmçinin, bax Şəki dövləti
Qeydlər
İstinadlar
Ədəbiyyat