Şotlandiya Müasir Milli İncəsənət Qalereyası () — Şotlandiyanın Edinburq şəhərində müasir incəsənət əsərlərinin nümayiş etdirildiyi muzey.
Ümumi məlumat Şotlandiya Müasir Milli İncəsənət Qalereyası 1960-cı ildə Kral Nəbatət Bağında yerləşən İnverleyt-haus binasında təşkil olunmuşdur. 1980-ci ildə hazırda yerləşdiyi binaya — Edinburqda 1825–1828-ci illərdə arxitektor Uilyam Barn tərəfindən Con Uotson xəstəxanası yaxışlığında məktəb üçün inşa edilmiş Vest-End binasına köçürülmüşdür.
Muzeyin qarşısında Heykəltəraşlar parkı yerləşir. Burada Henri Murun, Toni Kreqqanın, Reyçel Uaytredin və Barbara Xepuortun əsərlərinə rast gəlmək mümkündür. 2002-ci ildə arxitektor və dizayner Çarlz Cenks muzeyin qarşısındakı qazon üzərində nəhəng "torpaq" heykəltəraşlıq formasını yaratmışdır. Müəllifin fikrincə, bu "heykəltəraşlıq" əsəri Xaotik nəzəriyyənin məhsuludur. Məhz bu quruluşa görə muzey 2004-cü ildə 100 min funt sterlinq məbləğində mükafata layiq görülmüşdür.
Şotlandiya Müasir Milli İncəsənət Qalereyasının kolleksiyasına Pikasso, Brak, Mondrian, Uorxol, Roy Lixtenşteynin, Frensis Bekonun, Piter Xaysonun, Lyusen freydin, Duqlas Qordonun və digər müasir rəssamların əsərləri daxildir. Qalereyada həmçinin vaxtaşırı müxtəlif mövzularda sərgilər də təşkil olunur.
İstinadlar
Xarici keçid Museum website Charles Jencks' Landform http://www.nationalgalleries.org/collections/
Kateqoriya:Edinburq muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri