Yunan — Azərbaycanda qədim şəhər. Mil düzündə idi. IX–X əsr ərəb mənbələrində adı çəkilir. Bərdə ilə Beyləqan arasında, hər iki şəhərdən təqribən 7 fərsəng məsafədə olduğu göstərilir. Bəzi tədqiqatçılar Yunanı Strabonun "Coğrafiya" əsərində adı çəkilən Enian şəhəri ilə eyniləşdirirlər. Yeri müəyyənləşdirilməmişdir.
Mənbə
Xarici keçidlər
Kateqoriya:Qədim şəhərlər Kateqoriya:Azərbaycanla bağlı ərazilər