Lemmi Kilmister (, əsl adı Ian Fraser Kilmister — İen Freyzer Kilmister; 24 dekabr 1945, Berslem — 28 dekabr 2015, Los-Anceles) — İngilis musiqiçi, bəstəkar və bass gitaraçı, Motorhead qrupunun yaradıcısı.
İlk dövrləri 1945-ci ildə Stok-on-Trentdə doğulmuşdur. Atası və anasının ayrılığından sonra ögey atası ilə Uelsin Anqlsi adasına köçən Kilmister ilk dəfə burada Lemmi kimi tanınmağa başlamışdı. Daha sonra orta məktəbi tərk etmiş və yenə Uelsin Konui şəhərində Hotpoint elektrik şirkətində çalışmağa başlamış, yerli qruplarda gitarist kimi fəaliyyətə başlamışdır.Clerk, Carol - The Saga of Hawkwind. Omnibus Press, 2004. səh. 546. ISBN 1-84449-101-3. 16 yaşında Beatles konsertinə gedən Lemmi bu konsertdən sonra albomları dinləməyə başlayıb və peşəkar musiqiçiliyə qədəm qoyub.Paul Trynka. (2004). The Beatles 10 Years That Shook The World. Dorling Kindersley/Mojo. səh. 59. ISBN 0-7566-0670-5. 17 yaşında Keti adlı sevgilisi ilə Stokporta köçən Lemmi burda ata olsa da oğlunu övladlıq kimi verib.
Musiqi fəaliyyəti
1960-1970 Stokportda Rainmakers və Motown Sect kimi qruplarda ifa edən Lemmi, 1965-ci ildə The Rockin' Vickers qrupuna qoşularaq ilk Avropa turuna getdi. Qrupla birlikdə Mançesterə köçən Lemmi burda da Treysi adlı bir qız ilə münasibətində Paul İnder adlı oğlu oldu. 1967-ci ildə Rockin' Vickers qrupundan çıxan Lemmi Londona köçdü və Cimi Hendriksin yol qrupunda işləməyə başladı. 1968-ci ildə Sem Qopal psixodelik rok qrupuna qoşuldu və bir albomun yazılmasında iştirak etdi. 1969-cu ildə Opal Butterfly qrupuna qoşulsa da daha sonra qrup dağıldı.
1971-1975 1971-ci ilin avqustunda Hawkwind qrupuna qoşuldu və ilk dəfə bass gitarist kimi fəaliyyətə başladı.Kilmister, Lemmy (2012). White Line Fever: Lemmy: The Autobiography. Simon and Schuster. ISBN 978-1-471-11271-3. səh.71 1975-ci ildə ABŞ-Kanada sərhədini keçərkən üzərində narkotik maddə tapılaraq ilə həbs olunan Lemmi buna görə də qrupdan ixrac edildi."Lemmy dies, aged 70 ". Songwriting Magazine. 29 December 2015. Retrieved 31 December 2015.
1975-2015 1975-ci ildə Hawkwinddən qovulmasından sonra Lerri Uollis ilə Bastard adlı qrup yaratsa da çox keçmədən bu adı dəyişərək Motörhead qrupunun əsasını qoydu. 1980-1981-ci illərdə məşhurluğun zirvəsinə çıxan Motörhead son konsertini 11 dekabr 2015-ci ildə Berlində vermişdir.
Filmoqrafiya Lemmi musiqi karierasından əlavə 1990-cı ildə fantastika filmi olan Hardware və 1987-ci ildə Eat the Rich adlı komediya filmində çəkilmişdir. 1994-cü ildə Airheads (Boş başlar) filmində də rol almışdır. Haqqında çəkilən Lemmy sənədli filmində Joy Division, Metallica, Megadeth, Anthrax və Hawkwind kimi qrupların musiqiçiləri də rol almışdı.
Oyunlar 1992-ci ildə Amiqa və Atari sistemləri üçün yayımlanan Motörhead adlı 16 bitlik oyunda əsas personajdır. Guitar Hero: Metallica oyununda səviyyələrdən birində yer alır və Brütal Legend oyunu üçün Kill Master personajını səsləndirmişdir.
Şəxsi həyatı Lemmi alkoqolizm və seks həyatı ilə məşhur musiqiçilərdəndir. 30 yaşından bəri hər gün bir Jack Daniel's viski butulkası bitirirdi. Maxim jurnalının siyahısına görə "10 Yaşayan Seks Əfsanəsi"ndən biri olub, 1200 qadınla yatmışdı. LSD-ni mütəmadi olaraq istifadə edirdi.Motorhead Videobiography (Double DVD ) Edgehill Publishing Ltd., İyun 2007 ISBN 978-1-905954-38-4 2005-ci ildə Uels Milli Məclisində çıxış etmiş və heroin istifadə etməyinə baxmayaraq onun leqallaşdırılmasını təklif etmişdi. Özünü anarxist və ya libertarian kimi təqdim edirdi və aqnostik idi.
Sonrakı həyatı və ölümü 1990-cı ildən bəri Los-Ancelesdə yaşamışdır. 2013-cü ildə implantat kardioverzion-defibrilyator istifadəsinə başlamışdı. 26 dekabr 2015-ci ildə xərçəng diaqnozu qoyulmuş, 2 gün sonra vəfat etmişdir.
Diskoqrafiya
The Rockin' Vickers 1965 – "Zing! Went the Strings of My Heart" / "Stella" (7'' sinql) 1965 – "It's Alright" / "Stay By Me" (7'' sinql) 1966 – "Dandy" / "I Don't Need Your Kind" (7'' sinql) 2000 – The Complete: It's Alright
Sem Qopal 1969 – Escalator 1969 – "Horse" / "Back Door Man" (7'' sinql)
Hawkwind 1972 – "Silver Machine" / "Seven by Seven" (7'' sinql) 1972 – Glastonbury Fayre – contains "Silver Machine" and "Welcome to the Future" 1972 – Greasy Truckers Party – contains "Born to Go" and "Master of the Universe" 1972 – Doremi Fasol Latido 1973 – "Lord of Light" / "Born to Go" (7'' sinql) 1973 – "Urban Guerrilla" / "Brainbox Pollution" (7'' sinql) 1973 – Space Ritual 1974 – Hall of the Mountain Grill 1974 – "Psychedelic Warlords" / "It's So Easy" (7'' sinql) 1975 – "Kings of Speed" / "Motorhead" (7'' sinql) 1975 – Warrior on the Edge of Time 1983 – The Weird Tapes (canlı, 1967–1982) 1984 – The Earth Ritual Preview EP 1985 – Bring Me the Head of Yuri Gagarin (canlı 1973) 1985 – Space Ritual#Volume 2 (canlı 1972) 1986 – Hawkwind Anthology (canlı, 1967–1982) 1991 – BBC Radio 1 canlı in Concert (canlı 1972) 1992 – The Friday Rock Show Sessions (canlı 1986) 1997 – The 1999 Party (canlı 1974)
Robert Calvert's band 1974 – "Ejection" / "Catch a Falling Starfighter" (7'' sinql) 1974 – Captain Lockheed and the Starfighters 1980 – "Lord of the Hornets" / "The Greenfly and the Rose" (7'' sinql)
Digər proyektlər 1990 – Lemmy & The Upsetters – Blue Suede Shoes
2000 – Lemmy, Slim Jim & Danny B – Lemmy, Slim Jim & Danny B
2006 – The Head Cat – Fool's Paradise
2006 – The Head Cat – Rockin' the Cat Club: canlı from the Sunset Strip
2006 – Lemmy – Damage Case
2007 – Keli Raven & Lemmy Kilmister "Bad Boyz 4 Life" (sinql).
2011 – The Head Cat – Walk The Walk… Talk The Talk
İstinadlar
Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:Prostat xərçəngindən ölənlər Kateqoriya:Britaniya rok müğənniləri Kateqoriya:Britaniya musiqiçiləri Kateqoriya:İngiltərə musiqiçiləri Kateqoriya:Musiqi Kateqoriya:XXI əsr İngiltərə yazıçıları