İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. Paytaxtı Madrid şəhəridir.

Ümumi məlumat İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir.

İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.

thumb|upright|Madrid, İspaniyanın paytaxtı

thumb|upright|Valensiya thumb|upright|Sevilya thumb|upright|Saraqosa thumb|upright|Malaqa thumb|upright|Mursiya thumb|upright|Palma de Malyorka thumb|upright|Las Palmas de Qran Kanariya thumb|upright|Bilbao thumb|upright|Alikante thumb|upright|Córdoba thumb|upright|Valladolid thumb|upright|Viqo thumb|upright|Gijon thumb|upright|L'Hospitalet de Llobregat thumb|upright|A koruna thumb|upright|Vitoria-Qasteiz thumb|upright|Qranada thumb|upright|Elçe thumb|upright|Santa Kruz de Tenerife

Tarixi

Təhsil İspaniyada universitetləri Centro adlandırırlar. İspaniya qanununa görə ancaq bu məktəblər ali təhsil verə bilər. Bu mənada İspaniya mühafizəkar ölkə kimi qeyd olunur. İspan universitetləri 3 kateqoriyaya bölünür: dövlət (43-dən çox), özəl (3) və bütün dünya üçün bir dənə nadir ali məktəb növü və ya kilsə himayəsində olan – dini (ruhani) ali məktəb.

İspan ali məktəbləri ənənəvi tarix və coğrafiya, latın dili, fəlsəfə, fizika tədrisində əsas sayılırlar. Yeni tanınmış istiqamətlərdən biomexanika, informasiya texnologiyaları, ekologiya istifadə edilir. İspan təhsilinin əsas cəhətlərindən biri – mədəniyyətin öyrənilməsidir.

Universitetlər inzibati 4 tip tədris şöbəsinə bölünür:

— universitet fakültələri (facultades universitarias) – texniki fənlərdən başqa bütün fənləri tədqiq edən ali məktəblərdir. Orada hər üç ali dərəcə üzrə təhsil almaq olar (bakalvr, magistr, elmlər doktoru).

— ali texniki məktəblər (escuelas tecnicas superiores) isə əksinə, texniki yönümlüdür və hər üç təhsil dövrünü özündə birləşdirir.

— universitet məktəbləri (escuelas universitarias) müəyyən peşə istiqamətinə malikdir və tələbəni ancaq birinci pillə olan – bakalavra kimi aparır.

Universitetlərdə xüsusilə nüfuzu olan fakültələr də var ki, bu da ali mühəndis məktəbləridir. Bu məktəblər memar, mühəndis və texnoloq hazırlayır. Burada proqram daha məzmunludur və ali mühəndis məktəbləri universitet ənənələrinə və müasir peşəkar hazırlama reallağına uyğunlaşır. Bu məktəblərə qəbul olanlar ən ciddi seçimdən keçirlər. Statistikaya görə mühəndislik məktəbində təhsil alan birinci kursların üçdə bir hissəsi ikinci ilə qalır və yalnız bütün daxil olanların dörddə bir hissəsi diplom alır.

İspan universitetlərində akademik il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın ortalarından dekabrın 20-nə kimi davam edir. İkinci semestr isə 9–16 fevralda başlayır və 22–29 mayda bitir. Bütün universitetlərdə təhsil 5–6 il davam edir. Təhsil ispan dilindədir. Təhsil proqramları Bakalavr dərəcəsi. İspaniyada təhsilin birinci pilləsini bitirən universitet tələbələrinin yiyələndiyi bakalavr dərəcəsi 3 əsas dərəcəyə bərabərdir:

— "Arguitecto Tecnico" – dərəcəsi, yalnız memarlıq sahəsində təhsil alan tələblərə verilir — "Ingeniero Tecnico" – dərəcəsi, texniki ixtisaslı tələbələrə verilir — "Diplomado" – dərəcəsi, digər bütün istiqamətlərdə təhsil alan tələbələrə verilir.

Magistr dərəcəsi. İspaniyada təhsilin ikinci dövrünü bitirərkən ixtisasa uyğun magistr dərəcəsi verilir. Təhsilin istiqamətindən asılı olaraq aşağıdakılar ola bilər: — Memar ("Arcuitechto") — Mühəndis ("Ingeniero Superior") — Lisenziyaçı ("Licenciado") — Magistr – tədqiqatçı – İspaniyada adətən ona müəyyən ixtisas – "Master", "Diplomado", "Experto" və s. uyğun gəlir. O hazırkı kursu təşkil edən universitet tərəfindən təyin olunur və təhsilin üçüncü dövrünü bitirəndən sonra verirlir.

Doktor dərəcəsi. İspaniyada o, əksəriyyət inkişaf etmiş ölkələrdə olduğu kimi – doktor dərəcəsi ("Doktor") adlanır. Onu ali təhsilin üçüncü pilləsinə qalxandan sonra almaq olar.

İspaniyanın ali məktəblərinə daxil olarkən ümumi tələblər — təhsil almaq üçün əsas lazımi şərtlərdən biri dil bilməkdir. — D. E. L. E. ispan dili üzrə imtahan vermək. İmtahanlar mayda və dekabrda keçirilir. — seçilmiş ixtisas üzrə əsas sualları bilmək. — dil hazırlığı keçmək üçün texniki ixtisaslara daxil olan namizədlər ispan dilinin superior D. S. E. səviyyəsini bilməlidirlər. — maarifləndirici sənədlərin qanuniləşdirilməsi prosesindən keçmək. Bakalavrlar üçün orta təhsil haqqında attestat və 9, 10, 11-ci siniflərdə keçirilmiş saatlar və qiymətlər haqqında çıxarışın (xülasə) verilməsi lazımdır. Magistrlər üçün ali təhsil haqqında diplom, doktorlar üçün isə magistr diplomu və ali təhsil haqqında diplomun verilməsi vacibdir.

Əhalisi İspaniyanın toplam əhalisi təxminən 47 milyondur. İspanlar müxtəlif tarixi vilayətlərin və etnik qrupların əsasında formalaşmış vahid dövlətdir. İspaniyada əhalinin 74,5%-i ispanlar, 18%-i katalonlar, 6% qalisiyalılar, 1,5%-i basklardırlar. Burada yaşayan xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin Roman qrupuna aiddirlər. İspaniyada milli problem katalonlar, qalisiyalılar və baskların bəzi inzibati, maliyyə və hüquqi üstünlüklərdən məhrum edilərək zorla Madriddədki mərkəzi hökumətə tabe etdirilməsi ilə başlanmışdır. Diktator Frankonun 40 illik hakimiyyəti ərzində onların az da olas milli hislərini göstərməkləri qadağan idi. Katalon və Bask bayraqlarını asmaq, milli dildə danışmaq, hətta milli rəqsləri ifa etmək qadağan idi. Lakin Frankonun rejimindən sonra İspaniyada bu problemin həlli üçün mühüm addımlar atılmışdır. 1978-ci ildə ölkənin yeni konstitusiyası qəbul edilmişdir ki, burada milli məsələlərə böyük diqqət verilmişdir. Bu Konstitusiyada region və millətlərin muxtariyyət hüququ tanınırdı. Nəticədə 1983-cü ildə İspaniyada 17 muxtar rayon yaradılmışdır ki, onların da içərisində Kataloniya, Basklar ölkəsi, Qalisiya da vardır. Bu bir çox cəhətdən milli münasibətlərdəki gərginliyi azaltmışdır. Lakin Kataloniya və Basklar ölkəsində gərginlik hələ də qalır. Kataloniya İspaniyanın iqtisadi cəhətdən ən inkişaf etmiş hissəsidir, əhali öz milli dilini saxlamışdır, bəzi partiyaları geniş muxtariyyətə razı olsalar da, digərləri İspaniyadan tam ayrılmaq istəyirlər. Lakin İspaniyanın milli cəhətdən əsas ağrılı hissəsi 2.5 mln nəfər əhaliyə, 17.5 min km2 əraziyə malik olan Basklar Ölkəsidir. Bu ərazi XIX əsrin sonlarına qədər müstəqil olmuşdur. Burada da bir çox partiyalar daha geniş müxtariyyət tələb edirlər, ayrılmaq istəyənlər isə bunu parlament mübarizəsi metodu ilə istəyirlər. Lakin kəskin millətçi və separatistlər Euskadi adında (basklar özlərini euskad adlandırırlar) öz dövlətlərinin yaratmaq istəyirlər. Bu dövlətə isə nəinki İspaniyanın şimal əyalətlərindəki əraziləri, hətta Fransa ilə sərhəddəki əraziləri də qatmaq istəyirlər ki, həmin ərazilər hələ orta əsrlərdə Basklar Ölkəsindən ayrılmışdır. Bask sseparatçılarının əsas silahlı qüvvələri ETA adlı (Euskadi və azadlıq) təşkilat çıxış edir. Bu təşkilat hələ Frankonun hakimiyyəti vaxtında yaranmışdır və Basklar Ölkəsinin ən radikal milli partiyasının hərbiləşdirilmiş qoludur. Bu təşkilat terrorist mübarizəsi aparır və dəfələrlə belə mübarizəni dayandırmağı elan etsə də, sonralar onu həyata keçirmək üçün bəhanə tapmışdır. Nəticədə Basklar Ölkəsi bütün Qərbi Avropanın ən "qaynar nöqtə"lərindəndir

İri şəhərlərdə əhali #ŞəhərVilayət20091MadridMadrid(vilayət)3,255,9442BarselonaKataloniya1,621,5373ValensiyaValensiya814,2084SevilyaAndalusiya703,2065SaraqosaAraqon674,3176MalaqaAndalusiya568,3057MursiyaMursiya(vilayət)436,8708Palma de MalyorkaBalearik adaları401,2709Las Palmas de Qran KanariyaKanar adaları381,84710BilbaoBask ölkəsi354,86011AlikanteValensiya(vilayət)334,75712KordobaAndalusiya328,42813ValladolidKastile və Leon317,86414Santiyaqo-de-KompostelaQalisiya297,33215GijonAsturiya277,55416L'Hospitalet de LlobregatKataloniya257,03817A CorunaQalisiya246,05618Vitoriya-QasteysBask ölkəsi235,66119GranadaAndalusiya234,32520ElcheValensiya230,11221OviedoAsturiya224,00522Santa Kruz de TenerifeKanar adaları222,41723BadalonaKataloniya219,54724CartaxenaMursiya211,99625TerrassaKataloniya210,94126Jerez de la FronteraAndalusiya207,53227SabadellKataloniya206,49328MostolesMadrid(vilayət)206,47829Alkala de HenaresMadrid(vilayət)204,57430PamplonaNavarre198,49131FuenlabradaMadrid(vilayət)197,83632AlmeriyaAndalusiya188,81033LeqanesMadrid(vilayət186,06634Donostia-San SebastiyanBask ölkəsi186,06635SantanderKantabriya182,70036Kastellon de la PlanaValensiya180,00537BurqosKastile və Leon178,96638AlbaçeteKastile-La Mança169,71639AlkorkonMadrid167,96740GetafeMadrid167,16441SalamankaKastile və Leon155,61942LogronoLa Rioja152,10743San Cristóbal de La LagunaKanar adaları150,66144HuelvaAndalusiya148,80645BadajozExtremadura148,33446TarragonaKataloniya140,32347LleidaKataloniya135,91948MarbellaAndalusiya134,62349LeónCastile and León134,30550KadisAndalusiya126,766

Dövlət dili İspaniyanın rəsmi dili ispan dilidir lakin bəzi regionlarda yerli dillər də rəsmi dil sayılır. Bunların arasında kataloniya, bask (euskera), valensiya və qalliya dilləri var.

İqtisadiyyatı 2012-ci ilin əvvəlində rəsmi statistikaya İspaniya əhalisinin dörddə biri işsizdir. Söhbət təxminən 5,3 milyon insandan gedir. İşsizliyin səbəbləri kimi dünya maliyyə böhranı və hökumətin büdcə sferasında apardığı islahatlar göstərilir. İspaniyada işsizliyin səviyyəsi orta hesabla avrozonaya daxil olan digər ölkələrdəki rəqəmdən iki dəfə çoxdur.

Pul vahidi İspaniyada pul vahidi avrodur. Ölkəyə valyuta gətirilməsi məhdud deyildir. 10000 ABŞ dollarından çox valyuta gətirdikdə onu gömrük deklarasiyasına daxil etməlisiniz. Valyuta ixracı – max. 3,5 min $. Kredit kartları, avroçeklər, turistik və poçt çekləri demək olar ki, hər yerdə qəbul olunur. Banklar müştərilərə adi günlərdə saat 08:15–14:00 kimi, şənbə günündə 13:00 kimi xidmət göstərirlər. Bazar günü isə istirahət günüdür. Xarici valyutanı bank şöbələrində və mübadilə məntəqələrində, həmçinin aeroportda dəyişdirmək olar (bank komissiyası nisbətən yüksəkdir)

Bayram və istirahət günləri İspaniyada rəsmi turist mövsümü mayın 2-də açılır. 1 yanvar – yeni il 6 yanvar – Müqəddəs Yepifaniya günü 19 mart- Müqəddəs İosif günü 1 may- Əmək günü (zəhmətkeşlərin həmrəyliyi günü) 25 iyul- apostol İakov günü 15 avqust – Uspeniye günü 12 oktyabr- ispan sivilizasiyası günü, Amerikanın kəşf edilməsi günü, Kolumb günü 1 noyabr- bütün müqəddəslərin günü 6 dekabr- konstitusiya günü 25 dekabr- milad

İspaniyada turizm

Kosta Blanka Kosta Blankonun ispan dilindən hərfi mənası "ağ sahil" deməkdir. Bu İspaniyanın ən əsas kurortlarından biridir. Bütün dünya turistləri arasında Kosta Blankonun populyarlığı hər şeydən əvvəl əlverişli iqlim şəraiti ilə izah olunur; statistikaya görə, Kosta Blankoda ilin 305 günü günəşli olur. İlin ən soyuq ayı olan yanvarda temoperatur demək olar ki, heç vaxt +10 C-dən aşağı düşmür. Eyni zamanda buranın yayı isti amma qızmar deyil. Turistik mövsümün ən qızğın çağında havanın temperaturu +26 °C, suyun temperaturu isə +24 c-ə qədər yüksəlir. Kosta Blanko hər şeydən əvvəl öz ultra müasir otelləri ilə fərqlənir. Burada dünyanın ən hündür 40 binasının siyahısına daxil olan məşhur Gran Hotel Bali hoteli yerləşir. Bu gün Kosta Blanko İspaniyanın şərq hissəsindəki rəngbərəng mozaikanın bir daşıdır.

Kosta Brava