Boşin müharibəsiКнига Самурая. — Санкт-Петербург : Евразия, 2008. — С. 568 — ISBN 978-5-8071-0300-9 "Əjdaha dövrü müharibəsi" — 1868–1869-cu illər ərzində Yaponiya ərazisində baş vermiş vətəndaş müharibəsi. Müharibə imperator qüvvələri ilə Tokuqava şoqunatı tərəfdarları arasında baş vermişdir. Sequnat qüvvələrinin məğlubiyyəti, Meydzi iqlahatları ilə nəticələnir.
Müharibə XIX əsrin birinci yarısında Yaponiyada baş vermiş sosial, iqtisadi və siyasi boşluqların nəticəsi idi. Bunu doğuran səbəblər sequn hökumətinin məşhurluğunun azalması və hakimiyyətin bir başa imperator tərəfindən idarə olmunması tərəfdarlarının armasından irəli qəlirdi.
3 yanvar 1868-ci ildə imperator Meyci İmperator idarə üsulunun bərpası haqqında fərmanı imzalayır. Fərmanın imzalanmasından 7 gün sonra sequn Tokuqava Yesinobu imperatorun deklarasiyasını "qanunsuz" elan edir. Bununla da müharibə başlayır. Yesinobu ordusu Kioto şəhərində yerləşən imperator sarayına hücum təşkil edir. Qüvvələr nisbətinin ⅓ olmasına və Fransızların hərbi həsləhətlərinə baxmayaraq Toba və Fişimi ətrafında döyüşdə 15 000 sequn ordusu məğlub olur. Yesibonu isə Edo şəhərinə qaçmağa məcbur olur. Syqo Takamori imperator ordusunu Yaponiyanın şimal-şərqinə aparır. Nəticədə 1868-ci ilin may ayında Edo çökür.
Yosinobunun təslim olmasından sonra Yaponiyanın böyük qismi imperatorun idarəsini qəbul edir. Bununla belə syoqunatın bəzi üzvləri Aycu birliyində mübarizəni davam etdirirlər. Ağır döyüşdən sonra Aycu birliyi 23 sentyabr 1868-ci ildə məğlubiyyətini qəbul edir. Bir aydan sonra Edo Tokio olaraq dəyişdirilir və Meyci dövrü başlayır.
Müharibənin final mərhələsində syoqunatın admiralı Enomoto Takeaki Hokkaydo adasına qaçır və burada Ezo Respublikasını qurur. Üstəlik özünü prezident elan edir. 1869-cu ilin mayında Ezo Respublikasının darmadağın edilməsi ilə müharibə rəsmən bitir.
Hər iki tərəf ümumilikdə 120 000 orduya malik olmuşdur. Ümumən 4 000 nəfər həlak olmuşdur.
İmperator qüvvələrinin qalibiyyətindən sonra ölkə bağlı qapı siyasətindən imtina edir. Yaponiya moderinləşmə və qərbləşmə xəttini tutur. Syoqunat liderlərinin bir qismi mühüm dövlət postlarına təyin edilir. Syoqun Yosinobu ev həbsinə atılır. Bununla belə 1872-ci ildə onun hüquqlarının bir hissəsi özünə qaytarılaraq ev həbsindən azad edilir. 1902-ci ildə hesoq titulu alır. Ancaq syoqunatın ləğv edilməsi onun siyasətə olan marağını azaltmışdır. Bu səbəbdən qalan ömrünü ictimai həyata bağlayır.
Müharibə yapon Monarxizm-Millətçilik idealogiyası təsiri altında ədəbiyyata, incəsənətə və kinoya öz təsirini göstərmişdir.
thumb|400px|Boşin müharibəsinin gedişatı (1868–1869)
Öncəki vəziyyət
Sequnatın narazılığı thumb|250px|Meyu Perriyə məxsus gəmilərin Yaponiya sahillərində görünməsi. 1853 thumb|250px|Kaqoşima şəhərinin Britaniya donanması tərəfindən bombalanması. 15 avqust 1863 thumb|250px|Simonoseki şəhərinin atəşə tutulması. 1864
XVII əsrin ortalarında Yaponiya imperiyasının samuray hökuməti olan Tokuqava şoqunatı ölkənin cənub-qərb hissəsində hakimiyyəti təmin etmək məqsədilə Sakoku siyasəti yeridirdi. Yaponlar xariçi almlə olduqca məhdud şəkildə əlaqə qura bilirdilər. Onlar əsas əlaqələri Koreya, Sin sülələsi, Hollandiya, Ryukyu dövləti və Aynuların torpaqları ilə qurulurduThe technology of Edo (見て楽しむ江戸のテクノロジー), 2006, ISBN 4-410-13886-3. XVIII əsrin ortaları qərb ölkələri Asiyada koloniyalar qurmağa başlayırlar. Bundan sonra onlar artıq yapon sərhədlərini narahat etməyə başlayırlar. 1854-cü ildə ABŞ hökumətinin təzyiqi ilə Yaponiya hökuməti ölkənin tədric siyasətindən imtina etməli olur. 1858-ci ildə Yaponiya qərb ölkələri ilə Ansey anlaşmaları imzalayır. Bu ölkələrin dövlətin daxili işlərinə müdaxilə etmələri Yaponiyanın koloniyaya cevilməsinə səbəb olması təhlükəsi yaranır. Buna cavab olaraq yapon ziyalıları və samuraylar "Sonno Cey" adlı ictimayi siyasi təşkilat yaradırlarHagiwara, Kōichi. Illustrated life of Saigō Takamori and Okubo Toshimichi. ст. 34.
Bu təşkilatın məşhurluğu artdığından formal hakimiyyətə malik olan Yaponiya imperatoru artıq siyəsətə aktiv müdaxilə etməyə başlayır. O, 1863-cü ildə "varvarlarla" imzalanmış bütün müqavilələri ləğv etməyi və onların özlərini ölkədən qovmağı əmr edir. 1864-cü ildə xariçilərə hücumlar qeydə alınır. Buna cavab olaraq qərb ölkələri Yaponiya ərazisinə yürüşlər təşkil edirlər:Sasum-britaniya müharibəsi (Britaniya donanması), Simonoseki döyüşü (Britaniya, ABŞ, Fransa və Hillandiya). Bununla belə bəzi "Sonna Cey" tərəfdarlar və Tyosyu knyazlığı ordusu, Kioto şəhərini işğal etmək üçün yürüşə çıxırlar. Hədəf imperator sarayı olur. Lakin hücumun qarşısı alınır. Bununla belə artıq növbəti il onlar öz ərazilərini əlində saxlaya bilmirlər. Bir çox vilayət yerli hakimiyyət qüvvələri Edodan bu əmrə qarşı çıxırlarJansen, Marius B. (2002). The Making of Modern Japan ст. 303–305..
Daxili problemlərin üzərinə sosial və iqtisadi cətinliklər əlavə olunmuşdu. 1832–1833-cü illərdə Yaponiya tarixində ən böyük açlıq baş verir. Bunun nəticəsində ölkədə iki milyon insan həlak olur. Aclığı yaradan səbəb ekstensiv kənd təsərrüfatı olmuşdur. Üstəlik hökumət aclıq dönəmində belə vergiləri aşağı salmamışdı. Kəndlər boşalmış və əhali şəhərlərə üz tutmuşdu. Sosial-iqtisadi baxımından ölkənin elit təbəqəsi olan samuraylar əvvəlki imkanlarını itirmiş və bəziləri hətta yoxsullaşmışdı.
Bu hadisələr sequnatın xalq arasında nüfuzunu aşağı salmışdı. Üstəlik insanlar arasında imperatorun bir başa hakimiyyətinin tətbiqi tərəfdarları artmışdı.
Xarici hərbi yardım thumb|right|Sequnat əsgərləri qərb geyimlərində Münaqişələrin gedişatında cənub-qərb vilayətinin hakimləri qərb ölkələrinə qarşı aparılan qovulma siyasətinin yaponiyanın məğlubiyyəti ilə bitəcəyini anladığından "açıq qapı" siyasəti yeritməyə məcbur olur. Belə ki, Tyosyu və Sasuma knyazlıqları sequnata qarşı siyasətini davam etdirərək xariçdən silah almağa başlayırHagiwara, Kōichi (2004). 図説 西郷隆盛と大久保利通 ст. 34–35 və ABŞ, Böyük Britaniya kimi ölkələrdən hərbi məsləhətçilər dəvət edirlər.
Sequnatda həmçinin mövcud münaqişə müqavilində ictimayi ordunu güçləndirir. Onlar öz dövrünün ən güclü ordusu olan və Krım müharibəsi, Avstraliya-italiya-fransa müharibəsindən qalib çıxan fransız ordusuna ümid edirdilır. Bu səbəbdən ölkəyə fransız hərbi məsləhətçilər dəvət okunurPolak, Christian (2002). 日仏交流の黄金期 ст. 53–55. Üstəlik sequnat donanmaya xüsusi diqqət artırır. Onların doqquz ədəd buxarlı hərbi gəmisi vardı. 1868-ci ildə sequnatın donanması uzaq şərqin ən böyük donanması hesab edilirdi.
1865-ci ildə Yokosuka şəhərində fransız mühəndis Leons Verni ilk müasir donanma arsinalını hazırlayır. 1967-ci ildə fransızlar tərəfindən gəmilərdən ibarət dəstələr yaradılır. Hətta ABŞ kimi ölkələrdən zirehli gəmilərin alınması planlaşdırılır. Ancaq ABŞ neytralığı qorumaq məqsədilə bu tip gəmilərin satışını dayandırır. Yalnız 1869-cu ilin əvvəllərində imperator donamasına bu tip bir gəmi satılmışdıKeene, Donald (2005). Emperor of Japan: Meiji and His World ст. 165–166..
Tokuqava sequnatının aradan qaldırılması thumb|250px|Tokuqava Yosinobu Nice qəsrində Yaponiya imperatorunun ali hakimiyyətinin bərpasını özünün əsas vəzifəsi elan etməsi 1864-cü ildə syoqunatın qüvvələri ilə Aycu və Sasuma knyanzlıqları Tyosyuya yürüşə çıxırlar. İlk əvvəl Tyosyu knyazlığı üsyançılara qoşulsada sonradan mövqeyini dəyişdirir. Üstəlik hökumətin müttəfiqi Sasuma knyazlığı 1866-cı ildə Tyosyu ilə gizli birlik yaradır. Bu birliyin hədəfi isə syoqunatın deyrilməsi olmuşdur.
1866-cı ildə Yaponiya yeni imperator və syoqunat əldə edir. Tokuqava Yosinobu syoqunat idarə üsulunun köhnəldiyini qeyd edərək dəyişiklik etməyin tərəfdar olduğunu bildirir. O, Tokuqava şoqunatınin baş nazir timalında hakimiyəti əlində saxlamağı üstün bilirdi. 1867-ci ilin oktyabrında Yosinobu baş nazir olmaqla İmperator sarayına əvvəlki hüquqları qaytarılırSatow, Ernest (1968). A Diplomat in Japan ст. 282. Bununla belə antisyoqun qüvvələri vəziyyətdən istifadə etməyi məsləhət görürlərSatow, Ernest (1968). A Diplomat in Japan ст. 286.. 1867-ci ilin sonlarında "İmperator idarə üsulunun bərpası haqqında əmr" imzalanır. Bununlada syoqunat idarə üsulu ləvğ edilir. İmperatorun rəhbərliyi ilə idarə üsulu yaradılırKeene, Donald (2005). Emperor of Japan: Meiji and His World Keene, ст. 120–121. 3 yanvar 1868 ildə Tyosyu, Tosa və Sasuma knyazlıqlarının qoşunları Kiotoda yerləşən imperator sarayını ələ keçirirlər.
17 yanvar 1868-ci ildə Yosinobu bu əmri tanımadığını bəyan edərək imperatordan onu geri götürməsini xahiş edirKeene, Donald (2005). Emperor of Japan: Meiji and His World ст. 124.. 24 yanvarda syoqun Kiotonu ələ keçirməyə çalışırdı.
Növbəti gün syoqun qüvvələri Sasuma knyazlığının mərkızi olsn Edonu ələ keçirir. Bir çox imperator tərəfdarları öldürülür və ya edam edilirKeene, Donald (2005). Emperor of Japan: Meiji and His World ст. 125.
Münaqişənin başlaması
Toba döyüşü — Fusimi thumb|250px|Toba döyüşü — Fusimi thumb|250px|Sasum knyazlığının artilleriyası syoqunat odusuna qarşı. thumb|250px|Toba şəhərinə hücum. Syoqun ordusu solda, Sasumlar qüvvələri sağda
Yanvarın sonları ali syoqunat qüvvələri Kiotoya istiqamətlənirlər. Syoqunat 15 minlik orduya malik idi. Orduya daxil olan dəstələrin bir qismi fransız məsləhətçilər tərəfindən təlim verilmişdi. Buna baxmayaraq əsgərlərin böyük qismi sadəcə soyuq silahlarla təhciz olunmuşdular. Onlara qarşı vuruşan Sasuma, Tyosyu və Tosa knyazlıqlarının əsgərləri tüfənqlər, Qatlinqa plemyotu ilə təhciz olunmuşdurlar. Onların 3 mini odlu silanlara malik idi.
27 yanvar 1868 ildə hər iki ordu Kiotodan cənubda Toba və Fusimi şəhərlərində yerləşirlər. Samuray qüvvələri hücumlar zamanı öz üstünlüklərindən istifadə edə bilməmişlər. 28 yanvarda İmperator Sasum, Tyosyu və Tosa knyazlıqları rəhbərliklərinə tabe olan ordunu birləşdirərək ona komandan kimi Komasu Akihitonu təyin edir. Yosinebu öz növbəsindən bu birliyin düşmənlərinin rəhbəri olur. Bununlada seyoqun ordusu qsnunsuz elan edilirKeene, Donald (2005). Emperor of Japan: Meiji and His World стр. 126–127.. 29 yanvarda imperator qüvvələri hücuma başlayır və onları əzirlər. Geri çəkilən samuraylar Uodo qalasına sığınmaq istəyi baş tutmur. 5 fevralda Uodo knyazlıq rəhbərliyi imperator qüvvələrinin tərəfinə keçir. Növbəti gün Su knyazlığı imperatorun tərəfinə keçirHagiwara, Kōichi (2004). 図説 西郷隆盛と大久保利通 səh. 42.
7 fevralda Tokuqava Yosinobu öz qərargahını Osakadan Edo şəhərinə köçürür. Sonrakı gün imperator qüvvələri bir müqavimətə rast gəlmədən Osaka qəsri ələ keçirilir. Bu syoqunatın Yaponiyanın qərbi üzərində nəzarəti itirməsi ilə nəticələnirHagiwara, Kōichi (2004). 図説 西郷隆盛と大久保利通 стр. 43–45..
Ava dəniz döyüşü thumb|250px|Ave dəniz döyüşü thumb|250px|Münaqişə əsnasında fransız dənizçilərin öldürülməsi. Sakai
Toba döyüşündəki qaliibiyyətdən sonra Sasuma knyazlığının qoşunları Kaqoşimaya yönəlməsi planlaşdırılır. Bu məqsədlə Osakada yerləşən limana "Hohoi", "Heyun" nəqliyyat və "Kasuqa" hərbi gəmilər yan alırJ., David (1997). Japan. A documentary history: The late Tokugawa period to the Present. 28 yanvar səhər çağı gəmilər limanı tərk edirlər. "Heyun" gəmisi Asakiyə, а "Hohoy" və "Kaqusa" isə cənuba yönəlir. Burada onlar sequnat donanmasının admiralı Enomoto Takeakinin hücumuna məruz qalır. "Kasuqa" gəmisinin atəşə məruz qalmasına baxmayaraq cəldliyindən istifadə edərək Kaqosimaya yönəlir. "Hohoy" heyəti ilə birlikdə Uicakidə batırılırSchencking, J. Charles (2005). Making Waves: Politics, Propaganda, And The Emergence Of The Imperial Japanese Navy ISBN 0-8047-4977-9. Syoqunat döyüşü qalibiyyətlə bitirməsinə baxmataraq bu müharibənin gedişatına təsir göstərə bilmir.